Rəsm sərgisi

Yanvarın 15-də İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi ilə birgə “20 Yanvar – həyatımızın qan yaddaşıdır!” mövzusunda rəsm sərgisi təşkil edib.
Rəsm sərgisiRəsm sərgisi

Sərgi 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəhər 1 nömrəli tam orta məktəbin direktoru Şəfaqət Rəsulov və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək 20 Yanvar faciəsi şəhidlərinin Vətənin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan danışıblar.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ibtidai sinif şagirdlərinin 75 əl işindən ibarət rəsm sərgisində 3 nəfər ən yaxşı rəsmin müəllifinə rayon Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr təqdim edilib.
Taleh Məhərrəmov,
Gİİ-nin əməkdaşı

Şərh Yaz