Gənc nəslin tərbiyəsi və kitabxanalar

Hər kəs cənnəti bir cür təsəvvür edir. Mənim üçün o, uşaq vaxtlarımdan kitabxana şəklindədir.
Xorxe Luis Borxes
Argentina yazıçısı

Yaşadığımız tarixi dövrün siyasi, iqtisadi, hüquqi və ekoloji problemləri böyüməkdə olan nəslin təlim-tərbiyəsində özünü müxtəlif aspektlərdə büruzə verir. Məqsədyönlü maarifləndirməyə, mənəvi dəyərlərə yiyələnməyə, əxlaqi görüşləri formalaşdırmağa, ictimai həyata adaptasiya, hüquqi biliklərə yiyələnmə sahəsində himayəyə ehtiyacı olan uşaqlara, eyni zamanda, qarışıq dünyamızın sürprizləri də mənfi təsir göstərir.

Gənc nəslin tərbiyəsi və kitabxanalarHər kəs cənnəti bir cür təsəvvür edir. Mənim üçün o, uşaq vaxtlarımdan kitabxana şəklindədir.
Xorxe Luis Borxes
Argentina yazıçısı

Yaşadığımız tarixi dövrün siyasi, iqtisadi, hüquqi və ekoloji problemləri böyüməkdə olan nəslin təlim-tərbiyəsində özünü müxtəlif aspektlərdə büruzə verir. Məqsədyönlü maarifləndirməyə, mənəvi dəyərlərə yiyələnməyə, əxlaqi görüşləri formalaşdırmağa, ictimai həyata adaptasiya, hüquqi biliklərə yiyələnmə sahəsində himayəyə ehtiyacı olan uşaqlara, eyni zamanda, qarışıq dünyamızın sürprizləri də mənfi təsir göstərir.
Bu gün yetişməkdə olan gənc nəslin zəruri və yararlı olan təlim-tərbiyəyə, hüquqi informasiyaya, asudə vaxtlarının səmərəli təşkilinə, cəmiyyətdə adaptasiyasına, müasir biliklər səviyyəsində maarifləndirilməsinə, nəhayət, vətəndaş cəmiyyəti quruculuğunun fəal subyektlərinə çevrilməsinə yardım göstərəcək qurumlara ehtiyacı var. Müasir dövrümüzün uşaq və yeniyetmələrinin əksəriyyətinin :
– müasir tələblərə cavab verən kitabxana-informasiya xidmətinə;
– asudə vaxtının səmərəli təşkilinə;
– informasiya mədəniyyətinin yüksəldilməsinə, maraqlandığı mövzularda informasiya əldə etməsinə;
– intellektual dünyasının inkişafına;
– milli-mənəvi dəyərləri mənimsəməklə yanaşı, dünya xalqlarının mədəniyyəti, tarixi ilə tanışlığına, dünyada baş verən hadisələrə öz uşaq təfəkkürü ilə münasibətini aydınlaşdırmasına;
– gələcək həyat yolunu, peşə seçimini istiqamətləndirəcək bir qurumun xidmətindən istifadə etməsinə və s. böyük ehtiyac vardır.
Məktəb partaları arxasından azad dünyaya qədəm qoyan gənc nəslin ənənəvi dünyagörüşləri ətraf mühitin yeni və çox zaman heç də ürəkaçan olmayan münasibətləri ilə toqquşması labüddür. Bu şəraitdə onları həyati əhəmiyyətli problemlərdən agah etmək (məsələn, müharibələr, milli münaqişələr, radikal dini cərəyanlar, AİDS və s.), mənəvi sarsıntılardan qorumaq, hüquqlarını, cəmiyyətə yararlı insan olduğunu anlatmaq, azad təfəkkür tərzi, daxili mədəniyyətini, mənəviyyatmı qorumaq və zənginləşdirmək təhsil və mədəniyyət müəssisələrinin, xüsusilə də kitabxanaların da üzərinə böyük vəzifələr qoyur.
BMT-nin Uşaq hüquqları bəyannaməsinə əsasən uşaq və yeniyetmələrin azad
informasiya axtarmaq, almaq və ötürmək, mədəni həyatda müstəqil iştirak etmək,
dincəlmək, hüquqi biliklərini artırmaq, peşə seçimi etmək və s. kimi hüquqlarının müdafiəsində kitabxanalar:
в–  Uşaq və yeniyetmələrin informasiya mədəniyyətinin yüksəlməsinə yardım göstərməli;
в–  Kompyuter əsrinin nəslinə və əsirinə çevrilən azərbaycanlı uşaq və yeniyetmələr üçün onların mənəvi, əxlaqi-hüquqi tərbiyəsini təmin edən kibermühitin yaradılmasına çalışmalı;
в–  Böyüməkdə olan nəslin sosial-iqtisadi və ictimai həyata adaptasiyasına yardım göstərməli;
в–  Günün və cəmiyyətin tələbləri səviyyəsində fəaliyyət göstərməlidir.
Kitabxanaların bu sahədə missiyası alidir – çünki cəmiyyətin mənəvi potensialı
kimi uşaqların mənəvi dünyasını yaxşı mənada istiqamətləndirməyə yardım göstərir. Gənc nəslin əxlaqi-mənəvi və hüquqi tərbiyəsini nəzərdə tutan strateji planlaşdırma işlərinin, fəaliyyət proqramlarının hazırlanması müvəffəqiyyətin ilkin şərtidir və aşağıdakıları nəzərdə tutur:
в–  İşçi qrupunun təşkili, kompleksin fəaliyyət proqramının, mədəni-kütləvi tədbirlər gündəliyinin hazırlanması, iş bölgüsü;
в–  Xidmət sahəsi, ixtisaslaşdırılmış fond, İnternet xidməti, məşğələlər və tədbirlər üçün otaqların, guşələrin və s. müəyyən edilməsi”;
в–  Demokratik cəmiyyət quruculuğu və uşaqların mənəvi-əxlaqi, hüquqi tərbiyəsi mövzusuna həsr edilmiş dəyirmi masalar, səyyar mədəni-kütləvi tədbirlər, mütaliə gecələri, tamaşa-sorğuların, hüquqi yardım müsabiqələrinin, müntəzəm informativ buraxılışlarının, monitorinqlərin və s. həyata keçirilməsi.
* Mənəvi-əxlaqi və hüquqi bilikləri təbliğ edən bukletin, açıqcaların, tövsiyə ədəbiyyat göstəricilərinin, onlayn təqdimat resurslarının, elektron nəşrlərin, oyun xarakterli testlərin və s. Hazırlanması;
* Aparılan görüşlər, tədbirlər, oxucu konfransları və s. haqqında ictimaiyyətə, ayrı-ayrı ailələrə, təhsil müəssisələrinə, xüsusi təkliflər paketi və dəvətlərin göndərilməsi, əhali arasında məlumat xarakterli informasiyanın yayılması;
* Bu sahədə təkmilləşdirilmiş metodikanın kitabxanalar və təlim-tərbiyə və tədris müəssisələrində tətbiq edilməsi ucun nəzəri əsaslarının hazırlanması;
Böyüməkdə olan nəslin həm əxlaqi, həm mənəvi, həm də hüquqi tərbiyəsi biri digərindən təcrid olunmuş mənada götürülə bilməz. Г‡ünki, bunlar bilavasitə bir-biri ilə sıx bağlı olan tərbiyə meyarlarıdır. Ona görə də bu məfhumlara biri digərini tamamlayan kompleks şəklində yanaşmaq daha doğrudur.
Respublikamızda uşaqlarımızın sağlam gələcəyi naminə yüksək sosial-mənəvi mühitdə böyüməsinə böyük diqqət yetirilir. Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini, mədəniyyətini əks etdirən materialları dolğun şəkildə öz ədəbiyyat fondlarında cəmləşdirən kitabxanalar sabahın gəncliyinin bu gündən sağlam ruhda tərbiyə edilməsi prosesinin fəal iştirakçısı olmalıdır.
Kitabxanalar mənəvi-əxlaqi və hüquqi tərbiyə sahəsində uşaq müəssisələri və müəllimlərlə təcrübə mübadiləsi aparmalı;
* Mənəvi-əxlaqi və hüquqi tərbiyəyə kömək məqsədi daşıyan materialların virtual bazalarının yaradılması istiqamətində geniş fəaliyyət göstərməli, uşaqlar və valideynlərin birgə iştirakını nəzərdə tutan ənənəvi tədbirlərdə mənəvi-əxlaqi dəyərləri və hüquqi bilikləri zənginləşdirəcək materiallardan müvafiq şəkildə innovativ metodlarla təqdimatlarda istifadə etməli;
* Mənəvi-əxlaqi və hüquqi tərbiyəyə dair ədəbiyyatın fəal təbliğatçısı olmalı;
* Uşaqlara, onların yaş xüsusiyyətlərini nəzərə almaqla, müasir dövrün tələblərinə uyğun metodlarla informasiya xidməti göstərilməlidir.
İnsanın inkişafı və onun şəxsiyyət kimi formalaşması üç başlıca amilin – irsiyyət, mühit və təhsil-tərbiyənin qarşılıqlı təsiri ilə həyata keçirilir. İrsiyyət dedikdə, valideynlərdən uşaqlara müəyyən keyfiyyət və xüsusiyyətlərin irsən keçməsi başa düşülür. Bildiyimiz kimi, irsiyyətin daşıyıcısı genlərdir.
Mühit, təhsil və təlim-tərbiyə amilləri dinamik, hərəkətdə və inkişafda olan amillərdir. İnsan həm mühitdə, həm də təhsil-tərbiyə prosesində fəaliyyətə cəlb olunur. Fəaliyyət özü inkişaf amilidir. İnsanın bir şəxsiyyət kimi inkişafının əsas xəttini onun fəaliyyəti təşkil edir. Fəaliyyəti isə nizamlayan gündəlik həyatımızda və təhsildə mənimsədiyimiz, informasiya mənbələrindən öyrəndiyimiz elmi biliklərdir.
Kamil şəxsiyyət, insan-vətəndaş yetişdirmək müasir insan tərbiyəsinin əsas məqsədidir. Vətəndaş tərbiyə etmək – mənsub olduğu ölkənin inkişafına çalışan, mənafeyini gözləyən, onun taleyinə məsuliyyətlə yanaşan, ictimai-sosial həyatda ədalətli mövqe tutan, insanpərvərliyi, ciddiliyi, zəhmətsevərliyi ilə seçilən və s. müsbət keyfiyyətləri özündə daşıya biləcək insan yetişdirmək deməkdir.

Gənc nəslin tərbiyəsi və kitabxanalar

Eyni zamanda yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə uşaqların vətəndaşlıq tərbiyəsinin əsasmı qoyan amillərdir. Bu amilləri əks etdirən informasiya resurslarından geniş istifadə olunmalıdır. Uşaqlara mütaliə üçün ədəbiyyat tövsiyə edilərkən əsasən bunlar nəzərdə tutulmalıdır:
в–  milli maddi-mənəvi dəyərlərə hörmətlə yanaşmanın tərbiyəsi;
в–  yaşadığı cəmiyyətdə davranış qaydalarının tərbiyəsi;
в–  savadlı olmağa həvəsin tərbiyəsi;
в–  ailə, cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyəsi;
в–  vətənpərvərlik, ədalət, mübarizlik, zəhmətsevərlik, cəsurluq və s. tərbiyəsi.
Kitabxanalar da cəmiyyətin bir parçasıdır və onlar sosial institutlar kimi uşaqların mənəvi tərbiyəsində mühüm işlər görə bilər. Gənc nəslin mənəvi tərbiyəsi sahəsində kitabxanaların əsas vəzifələri onların əsas fəaliyyət istiqamətlərini müəyyən edir. Bu vəzifələr bunlardır:
* Mədəni-tarixi, mənəvi dəyərlər əsasında uşaqların şüurunda öz vətəni ilə qurur duymaq, fəxr etmək hissini aşılamaq, öz ölkəsinə, xalqına gərəkli olmaq duyğusunu və fəal həyat mövqeyi tərbiyə etmək;
*Bədii, elmi-kütləvi nəşrlərin, audi-video materialların tam spektrindən istifadə etmək, təbiət, canlılar və bitkilər aləmi haqqında biliklər təbliğ etməklə ekoloji tərbiyəni aşılamaq;
* Doğma ana dilinə, ədəbiyyata, mədəniyyətə sevgi və onları yaşatmaq, qorumaq, zənginləşdirmək hissinin tərbiyə etmək.
Milli-mənəvi dəyərlər baxımından tərbiyə şəxsiyyətin özündən və onu əhatə edən mühitdən başlayır. Ailə, məktəb, kitabxanalar və digər mədəniyyət müəssisələrinin hər birinin bu prosesdə öz missiyası var. Prezident İlham Əliyevin fikirlərindən də görünür ki, ölkəmizdə milli-mənəvi dəyərlər hər şeydən üstün tutulur: “Biz, əlbəttə ki, ümumbəşəri dəyərləri bölüşür, Avropa dəyərlərinə böyük hörmətlə yanaşırıq. Ancaq bizim üçün milli dəyərlər, Azərbaycan dəyərləri hər şeydən üstündür. Müasir müstəqil Azərbaycan dövləti bu möhkəm zəmin üzərində qurulmuşdur”.
Uşaqların onlar ucun zəruri olan yararlı şəraitdə böyüməsi, təhsil alması və fəaliyyət göstərməsi, çətin həyat şəraitlərində, çıxılmaz vəziyyətlərdə qərar qəbul etməsi üçün mühüm tərbiyə növlərindən biri də onların hüquqi tərbiyəsidir. Yüksək qayğı və nəvazişlə əhatə olunan uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi zərurəti müasir dövrdə hər bir dövlətin üzərinə uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni vəzifələr qoyur. Dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmlərinin yaradılması isə, ilk növbədə, onların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkilini nəzərdə tutur.
Müasir kitabxanalarda hüquqi biliklərin təbliği əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Hüquqi mədəniyyət – yetişməkdə olan nəslin müstəqil düşünmə qabiliyyətinin təminatı, həyatın mürəkkəb məqamlarında qərar qəbul etmək qabiliyyətinin formalaşması və son nəticədə sağlam və yetkin nəslin böyüməsi deməkdir.
Novruz Əsədov,
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə İƏD-i üzrə nümayəndəsi

Şərh Yaz