Fəxr edirəm ki…

Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!
Heydər Əliyev

Artıq 22 ildir ki, dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilən 31 Dekabr – Dunya Azərbaycanlılarının Həmrəylik Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda Ordubaddan tutmuş Şəruradək sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına dair qərar verildi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilməyə başlandı. İndi bütün dünyada Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
Fəxr edirəm ki...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!
Heydər Əliyev

Artıq 22 ildir ki, dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilən 31 Dekabr – Dunya Azərbaycanlılarının Həmrəylik Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda Ordubaddan tutmuş Şəruradək sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına dair qərar verildi.

Fəxr edirəm ki...

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilməyə başlandı. İndi bütün dünyada Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
20 Dekabr 2014-cü ildə AzETA – Azərbaycan İngilis Dili Müəllimləri Birliyi özünün müxtəlif layihələrindən faydalanan şagirdləri bir araya gətirərək, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı tədbir keçirdi. Tədbirdə Bakının Əhmədli, Binəqədi və Maştağa qəsəbələrindən, Astara, Cəlilabad, İsmayıllı, Göygöl, Masallı, Mingəçevir və Şəkidən 70 şagird iştirak etmişdir.
İsmayıllı rayonunu bu tədbirdə İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin şagirdləri Nərmin İslamlı, Günel Mahmudzadə, Kənan Nəzərov və İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi Nurlan Məmmədli təmsil etmişlər.
Tədbir iştirakçıların ifasında Azərbaycanın dövlət himni ilə başladı. Tədbirin aparıcısı iştirakçılara 31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik gününün yaradılması tarixi barədə qısa məlumat verdi. Sonra AzETA-nın təsisçisi və rəhbəri Rəqsanə Məmmədova iştirakçıları salamladı və şagirdləri Azərbaycanın daha da çiçəklənməsi və inkişafı üçün daha yaxşı oxumağa səslədi. O, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi təşəbbüsçüsü, ulu öndər Heydər Əliyev haqqında, onun irsi və bu irsin uğurla davam etdirilməsindən söz açdı.
Tədbirdə iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, yazıçı-publisist Nəriman Qasımoğlu çıxış edərək, iştirakçıları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik etdi, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin əsaslarını yaratmasından danışdı.
Tədbridə Bakı məktəblilərinin “Heydər Əliyev –“ Müasir Azərbaycanın banisidir” və Astara məktəblilərinin “Heydər Əliyev Fondu Azərbaycanın dünyaya açılan qapısıdır” adlı təqdimatları dinlənilmişdir. Şagirdlərimiz Nərmin İslamlı və Kənan Nəzərovun “Mehriban Əliyeva YUNESCO-da və İSESCO-da Azərbaycanın imzasıdır” mövzusunda etdikləri təqdimat isə bütün tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Hər təqdimatdan sonra təqdimatla bağlı şagirdlərə suallar verildi. Suallara düzgün cavab verənlər müxtəlif hədiyyələrlə mükafatlandırıldı. Şagirdlərimizin həmrəylik gününü daha geniş tədbrilərlə qeyd etməsi onların milli vətənpərvərlik hisslərini daha da artırır, həmrəyliyini nümayiş etdirən əsl vətəndaş kimi yetişməsində rol oynayır. Hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini Azərbaycan sayan hər bir insan bu gündə həmrəylik nümayiş etdirir.

Fəxr edirəm ki...
Ruhiyyə Mahmudova
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz