Hesabat yığıncaqları

8 yanvar 2015-ci il tarixində RİH başçısının Lahıc qəsəbə İƏD-i üzrə nümayəndəliyinin 2014-cü ildə gördüyü işlərə dair hesabat yığıncağı keçirilib. Yığıncaqda RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, nümayəndəliyin əhatə etdiyi yaşayış məntəqələrindən yüzdən artıq nümayəndəsi iştirak edib.
İƏD üzrə nümayəndə Fikrət Haqverdiyev hesabat məruzəsində 2014-cü ilin 1 yanvar tarixinə Lahıc qəsəbə İƏD üzrə nümayəndəlikdə evlərin sayının 515, təsərrüfatların 535, əhalinin sayının 2007 (onlardan 141 nəfərin qaib) nəfər olduğunu bildirib.
Hesabat yığıncaqlarıBəyənir və müdafiə edirlər

8 yanvar 2015-ci il tarixində RİH başçısının Lahıc qəsəbə İƏD-i üzrə nümayəndəliyinin 2014-cü ildə gördüyü işlərə dair hesabat yığıncağı keçirilib. Yığıncaqda RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, nümayəndəliyin əhatə etdiyi yaşayış məntəqələrindən yüzdən artıq nümayəndəsi iştirak edib.
İƏD üzrə nümayəndə Fikrət Haqverdiyev hesabat məruzəsində 2014-cü ilin 1 yanvar tarixinə Lahıc qəsəbə İƏD üzrə nümayəndəlikdə evlərin sayının 515, təsərrüfatların 535, əhalinin sayının 2007 (onlardan 141 nəfərin qaib) nəfər olduğunu bildirib.
Nümayəndəliyin ərazisinə Lahıc qəsəbəsi, Ərəgit, Namazgah, Kənəə və Bağəli kəndləri daxildir. Ərazidə yaşayanlardan 964 nəfəri kişi, 1043 nəfəri isə qadındır. Lahıcda 248 təsərrüfatda 862 nəfər, Ərəgit kəndində 237 təsərrüfatda 928 nəfər, Namazgah kəndində 35 təsərrüfatda 141 nəfər, Kənəə kəndində 5 təsərrüfatda 32 nəfər, Bağəli kəndində 12 təsərrüfatda 44 nəfər yaşayır.
İl ərzində nümayəndəlikdə 25 uşaq doğumu, 15 nigah, 16 ölüm qeydə alınıb. Uşaq ölümü olmayıb. Nümayəndəliyin ərazisində Lahıc bələdiyyəsi, bir orta ümumtəhsil, bir ibtidai məktəb, 15 çarpayılıq müasir xəstəxana, baytarlıq məntəqəsi, Lahıc Xalça İstehsalat Birliyi, poçt şöbəsi, 512 nömrəlik ATS, Tarix Mədəniyyət Qoruğu, Diyarşünaslıq Muzeyi, “Lahıc Tur” turizm informasiya mərkəzi, iki kitabxana, iki klub, 87 saylı yanğından mühafizə bölməsi fəaliyyət göstərir.
Ötən il ərzində rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov numayəndəliyin ərazisində yaşayan vətəndaşlarla üç görüş-qəbul kecirib. Avqust ayında Lahıc qəsəbə tam orta məktəbində pedaqoji kolektivlə görüş keçirilib, fərqlənənlərə mükafatlar verilib. Xalça ustası Gülgəz Səfəralıyevanın 95 illik yubileyi də ilin yaddaqalan tədbirlərindən olub.
Qədim Lahıca gələn qonaqlar hər cür qayğı ilə əhatə olunub. Qəsəbənin tarixi, mədəniyyəti, adət-ənənələri haqqında onlara ətraflı məlumat verilib. İƏD üzrə nümayəndəliyin ərazisindəki hansı problemlərə ciddi yanaşılıb, onların aradan qaldırılması təmin edilib.
“Vətəndaşların müraciətlərinə baxılması haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq edilən müraciətlərə diqqətlə yanaşılıb.
2014-cü ildə aparılan tikinyi-abadlıq işlərinə Ərəgit kəndinin küçələriniə daş döşənməsini, keçiddə aparılan tikinti işlərini, çayda çəkilmiş 80 metr beton bəndi, Lahıc qəsəbəsinə gələn yolun yenidən asfaltlaşdırılmasını və genişləndirilməsi, qəsəbəni Ərəgit kəndi ilə birləşdirən körpünün yenidən tikilməsi, mini futbol meydançasının salınmasını və s. göstərmək olar. Ərazisində son ildə 1520 ədəd ağac əkilib.
İƏD üzrə nümayəndəliyin ərazisində 2015-ci ildə Lahıc yolunun qalan hissəsinin asfaltlaşdırılması, qəsəbədə icma bazarının, 800 metr beton bəndin, müasir tələblərə cavab verən yeni Mədəniyyət mərkəzinin, müasir tələblərə cavab verən yeni məktəbin, stadionun tikilməsi, ulu öndər Heydər Əliyev adına bağın salınması, qaz xəttinin cəkilməsi kimi böyük tikinti işləri gözlənilir.
Nümayəndəliyin ərazisində il boyu ictimai-siyasi durum sabit olub. Əhalinin 40 faizi bələdiyyə seçkilərində fəallıq nümayiş etdirib. Seçicilər YAP-dan olan namizədlərə üstünlük verməklə bir daha dövlətə və dövlətçiliyə sadiq olduqlarını, ümummilli lider Heydər Əliyevin layiqli davamcısı Prezidenti İlham Əliyevin ətrafinda sıx birləşdiklərini, apardığı düzgün siyasi xətti qiymətləndirdiklərini və müdafiə etdiklərini sübut ediblər .
Yığıncağın gündəliyində İƏD üzrə nümayəndəliyin il ərzində gördüyü işlərlə yanaşı, 2015-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Uğurlarımız bol olacaq

Mənbələr BasqaHesabat yığıncaqlarılın tarixini eramızdan əvvəllərə aparıb çıxarır. Kəlağayı ustalarının məşhur məskəni olan bu qədim diyar özünün yeni inkişaf mərhələsinə qədəm qoyur.
Artıq bir neçə gündür ki, qəsəbənin təbii yanacaqla təminatı işinə başlanmışdır. İşin sürəti göstərir ki, tezliklə ərazidəki yaşayış məntəqələri tamamilə qazlaşdırılacaqdır.
– Qəsəbənin qazlaşma işinə başlanması və işin belə sürətlə aparılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.
Bu fikirlər bu ilin yanvar ayının 7-də Basqal qəsəbə İƏD-i üzrə nümayəndənin 2014-cü ildə görülən işlərə dair keçirilən hesabat yığıncağında söylənmişdir.
Qəsəbədə fəaliyyət göstərən təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin işçiləri iştirakçılar arasında idilər. Hesabat yığıncağında İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov, rayonun bir sıra təşkilatlarının rəhbərləri iştirak edirdi.
Hesabat məruzəsi ilə Basqal qəsəbə İƏD-i üzrə nümayəndəsi Novruz Əsədov son ildə görülən işlər barədə geniş məlumat verdi. O, qeyd etdi ki, ölkəmizdə müşahidə olunan hərtərəfli tərəqqi İsmayıllı rayonunu da əhatə edir. Rayon sosial-iqtisadi inkişafın ön sıralarında addımlayır. Ölkə prezidenti cənab İlham Əliyevin 22 sentyabr 2014-cü il tarixində rayonumuza səfəri, burada gedən tikinti-quruculuq işləri ilə tanışlığı, görülən işlərdən razılığı hər birimizdə qürur hissi doğurub, bizi gələcək fəaliyyətimizdə daha məsuliyyətli olmağa səfərbər edib.
Məruzəçi il ərzində qazanılan uğurlarla yanaşı qəsəbənin mövcud problemlərinə də toxunmuşdur.
Məruzə ətrafında çıxış edən qəsəbə sakinləri razılıqları ilə bərabər tənqidi qeydlərini, faydalı təkliflərini dilə gətiriblər.
Tədbirin sonunda M.Sadıqov Basqal qəsəbəsinin inkişafı üzrə xüsusi Dövlət Proqramının layihəsi hazırlandığını vurğulayıb. Həmin proqramda Basqal qəsəbəsinin geniş mədəni irs və turizm potensialının müasir dövrün tələblərinə müvafiq və beynəlxalq standartlara uyğun formada üzə çıxarılması nəzərdə tutulduğunu bildirib. Nəzərdə tutulan proqramın icrasına yaxın vaxtlarda başlanacağı gözlənilir.
Hesabat məruzəsi və çıxışlar nəzərə alınmaqla Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirildi. Tənqidi qeyd və təkliflərin İsmayıllı Rayon İcra Hakimiyyətinə çatdırılması qərara alındı.

Görülən işlər qənaətbəxşdir
Hesabat yığıncaqları
RİH başçısının Mollaisaqlı kənd İƏD-i üzrə nümayəndəsinin 2014-cü ildə gördüyü işlərə dair hesabatı dinlənilib. Yığıncaqda RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, kəndin sakinləri iştirak edib.
İƏD üzrə nümayəndə Həşim Həşimov hesabat məruzəsində 2015-ci ilin 1 yanvar tarixinə nümayəndəlikdə 182 evin, 260 təsərrüfatın, 1157 nəfər sakinin (onlardan 349 nəfərin qaib) olduğunu bildirilib. Ərazidəki təsərrüfatlarda 646 baş iribuynuzlu, 2120 baş xırda buynuzlu heyvan bəslənilir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.
Kənd təsərrüfatı istehsalçılarına yardımların verilməsi üzrə iş yüksək səviyyədə təşkil olunub. Hesabat ilinin yayı quraq keçdiyindən istehsalçılar taxıl sahələrindən keyfiyyətli buğda toxum götürə bilməsələr də, RİH başçısının köməkliyi ilə Azərtoxum MMC-dən 21300 kiloqram toxum alınmışdır ki, bu da istehsalçıların şumladıqları sahələrin əkilməsi üçün yetərli olub.
Natiq qeyd edib ki, İl ərzində nümayəndəlik öz işini Qanunvericilikdən irəli gələn tələblər, eləcə də, 2014-cü il üçün tərtib olunmuş iş planı əsasında qurub.
Müəyyən olunmuş qəbul günlərində “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Qanuna müvafiq olaraq yazılı və şifahi müraciətlər, təkliflər istiqamətində mütəmadi iş aparılıb.
İl ərzində nümayəndəlikdə 10 uşaq doğulub. Onlardan 3-ü qız, 7-si oğlandır. 3 ölüm qeydə alınıb. Uşaq ölümü olmayıb. 2014-cü ildə nümayəndəliyin ərazisində olan orta ümumtəhsil məktəbinin məzunlarından 7 nəfəri ali, 6 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Hazırda məktəbdə 29 nəfər müəllim 163 nəfər şagirdin savadlanması, təlim-tərbiyə alması üçün çalışır. Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir. Məktəbin “Şahin” hərbi idman oyunları üzrə komandasının uğurları cevindiricidir.
Hesabat məruzəsində 23 dekabr 2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərinin qanun pozuntusuna yol verilmədən, demokratik şəkildə keçdiyi bildirilib.
Kəndin ictimai binalarından söhbət açan natiq ərazidəki “Folklor evi”nin istifadəyə yararsız hala düşməsini və təmiri üçün daxili imkanların olmamasını diqqətə çatdırıb.
Nümayəndəlik ərazisində bayramların, əlamətdar, tarixi günlərin keçirilməsi yüksək səviyyədə təşkil olunub.
Belə tədbirlərdən biri kəndin yetirməsi, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 60 illik yubileyi olub.
Hesabat məruzəsi ətrafında çıxışlarda İƏD üzrə nümayəndəliyin il ərzində gördüyü işlər qənaətbəxş hesab olunub.

Hesabat razılıqla qarşılanıb
Hesabat yığıncaqları
Yola saldığımız 2014-cü il ölkəmiz, o cümlədən rayonumuzun hər bir yaşayış məntəqəsi üçün uğurlu olmuşdur. Biz sevinirik ki, ulu öndər Heydər Əliyevin bizə əmanət etdiyi müstəqil Azərbaycan durmadan inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə hər il yeni qələbələrə qovuşur.. Həyata keçirilən məqsədyönlü və qəti tədbirlər nəticəsində iqtisadiyyatımız gündən-günə inkişaf edir, xalqın həyat səviyyəsi yaxşılaşır.
Bu fikirlər İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı ərazi dairəsi üzrə nümayəndəsi Rəfail Məmmədovun 2014-cü ildə ərazidə görülən işlərlə bağlı keçirilən hesabat yığıncağındakı məruzəsində səslənib.
Yığıncaqda RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, MTN ismayıllı rayon şöbəsinin rəisi Kamal Axundov, rayonun xidməti idarələrinin rəhbərləri və kəndin 150 nəfərə yaxın sakini iştirak edib.
Sahəsi 4022 hektar olan Diyallı İƏD-i Diyallı, Sədyan və Güyüm kəndlərini əhatə edir. Ərazidə 557 təsərrüfat və 540 ev mövcuddur. 3 yaşayış məntəqəsində ümumilikdə 2121 nəfər yaşayır. Onlardan 1662 nəfəri Diyallı, 299 nəfəri Sədyan, 160 nəfəri isə Güyüm kəndinin payına düşür.
İl ərzində nümayəndəlikdə 19 gənc ailənin nikahı bağlanıb. 27 uşağın doğumu, 16 nəfərin ölümü qeydə alınıb. Vəfat edənlər əsasən yaşlı sakinlər olub.
Natiq məruzəsində İƏD-də təhsil, mədəniyyət və səhiyyə sahəsində aparılan işlərə geniş yer ayırmaqla, əldə olunmuş uğurlardan danışıb. Ərazidəki təmizlik, tikinti-quruculuq işlərindən söhbət açıb. Son maliyyə ilinin nəticələri barədə məlumat verib.
Görülmüş işlərlə yanaşı mövcud problemlər sırasında Diyallıda 17 evə, Sədyan və Güyüm kəndlərinə qaz çəkilişi, içməli su çatışmazlığı, yararsız vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, yaşayış evləri və yorpaq sahələri üçün sənədlərlə bağlı həlli vacib məsələlər diqqətə çatdırılıb.
Məruzə ətrafında çıxışlarda ötən ildə Diyallı kəndinə qaz, asfalt yol çəkilişi, artezian quyusunun istifadəyə verilməsi minnətdarlıqla qeyd olunub. Г‡ıxış edənlər nümayəndəliyin işindən razılıq ediblər. Onlar qısa müddətdə Diyallı kəndinin infrastrukturunda edilən müsbət yeniliklərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Sonda RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Səmədov qarşıda duran vəzifələrlə bağlı fikirlərini səsləndirib.
Səhifəni hazırladı: Ş.Soltanov

Şərh Yaz