Nurlu sabahımız, xoşbəxt gələcəyimiz

Azərbaycan təhsilində yaddaqalan xidməti olan müəllimlərimiz çoxdur. Onlar haqqında cild-cild kitablar da yazılmışdır. Lakin elələri də vardır ki, balalarımızın savadlanması yolunda öz ömürlərini şam kimi əritsələr də barələrində heç nə yazılmayıb. Odur ki, bu yazıda məhz belələrindən olan səmimi bir müəllimdən söhbət açacağam.
İnsan dünyaya yaşayıb yaratmaq, özündən sonra iz qoymaq üçün gəlir, yalnız əməksevər, zəhmətkeş insanlar faydalı, möhtəşəm işlərə imza ataraq, şəxsiyyət kimi mövcud olduqları cəmiyyəti inkişafa doğru apara bilir. Mənən zəngin, elmi potensialı yüksək, dərin insanlar müraciət etdikləri istənilən sferada uğur qazanaraq nəsillərə örnək olur, atdıqları hər addımla, verdikləri hər qərarla böyük bir işin ərsəyə gəlməsinə səbəb olurlar. Əsl ziyalı üçün elmin istənilən istiqaməti böyük maraq kəsb edir desək yanılmarıq. Bu günlərdə 60 yaşı tamam olacaq. Balakişi Məhəmməd oğlu Xudiyev belə ziyalılarımızdandır.
Nurlu sabahımız, xoşbəxt gələcəyimizNurlu sabahımız, xoşbəxt gələcəyimiz

Azərbaycan təhsilində yaddaqalan xidməti olan müəllimlərimiz çoxdur. Onlar haqqında cild-cild kitablar da yazılmışdır. Lakin elələri də vardır ki, balalarımızın savadlanması yolunda öz ömürlərini şam kimi əritsələr də barələrində heç nə yazılmayıb. Odur ki, bu yazıda məhz belələrindən olan səmimi bir müəllimdən söhbət açacağam.
İnsan dünyaya yaşayıb yaratmaq, özündən sonra iz qoymaq üçün gəlir, yalnız əməksevər, zəhmətkeş insanlar faydalı, möhtəşəm işlərə imza ataraq, şəxsiyyət kimi mövcud olduqları cəmiyyəti inkişafa doğru apara bilir. Mənən zəngin, elmi potensialı yüksək, dərin insanlar müraciət etdikləri istənilən sferada uğur qazanaraq nəsillərə örnək olur, atdıqları hər addımla, verdikləri hər qərarla böyük bir işin ərsəyə gəlməsinə səbəb olurlar. Əsl ziyalı üçün elmin istənilən istiqaməti böyük maraq kəsb edir desək yanılmarıq. Bu günlərdə 60 yaşı tamam olacaq. Balakişi Məhəmməd oğlu Xudiyev belə ziyalılarımızdandır.
Balaş müəllim! Hamı onu belə çağırır. Məktəbə, birinci sinfə yenicə qədəm qoyan şagird də, məktəbi bitirən gənclər də, valideynlər də. Şən, zarafatcıl, hamının sevimlisidir Balaş müəllim. Balaş müəllim təşkilatçılığına görə də hamının hörmət və rəğbətini qazanmışdır.
Nurlu sabahımız, xoşbəxt gələcəyimiz

Balakişi Xudiyev 1955-ci il yanvarın 1-də rayonun Qubaxəlilli kəndində anadan olub, 1972-ci ildə Qubaxəlilli kənd orta məktəbini bitirib. Həmin ildən ADPU-nun kimya fakültəsinə qəbul olunmuş, 1976-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1976-cı ilin sentyabrından Qubaxəlilli kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Bu illərdə ulu öndər Heydər Əliyevin göndərişi ilə onun şagirdlərindən Ələm Xudiyev D.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutuna təhsil almağa göndərilmişdir. Onun yetirmələri – Rasim Bayramov hazırda Vergilər nazirinin müavini, Sahir Məmmədxanov, Akif Həsənov, Sahib Babayev müxtəlif vəzifələrdə çalışırlar.
Balaş müəllim hələ o vaxtlar gənc müəllimləri qabaqcıl müəllimlərin dərsinə aparır, təcrübə mübadiləsi keçirdi.
Balaş müəllim bütün dövrlərdə dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutub, el-obada, cəmiyyətdə. Odur ki, 1985-ci ilin iyul ayında rayon Partiya komitəsinə təlimatçı vəzifəsinə irəli çəkilmişdir. 1989-cu ildə Ali Partiya məktəbinin əyani dinləyicisi olmuş, 1991-ci ildə Politologiya və Sosial İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1995-ci ildən 2003-cü ilədək şəhər 3 nömrəli tam orta məktəbinin direktoru işləmişdir. Bu dövrlərdə o, bir çox uğurlara imza atmışdır. Məktəb həmişə qabaqcıllar sırasında olmuşdur.
Balaş müəllim dərslərini elmi-metodik cəhətdən düzgün qurur. Təcrübədən geniş istifadə edir. Şagirdlərin zehni fəallığını artırır, təfəkkür qabiliyyətini formalaşdırır. Fənnini ürəkdən sevir. Həmkarlarına nümunəvi dərslərin hazırlanması üçün lazımi metodik yardım və tövsiyələr verir.
Balaş müəllim deyir ki, müəllimin yüksək müvəffəqiyyət qazanması üçün onun elmi zəminə əsaslanan dərin biliyi olmalıdır.
Balaş müəllim şagirdlərinin böyük inam və etimadını qazanmışdır. Dərs dediyi, həyata hazırladığı şagirdlərin ali məktəblərə vəsiqə alması, bu gün məktəbin dörd şagirdinin prezident təqaüdçüsü olması sözlərimizin canlı sübutudur. Balaş müəllim fənnini də, özünü də sevdirməyi bacarır. Şagirdlərindən Etibar Məmmədov, Şəhla Səmədova, Qəmər Qüdrətli bu gün müəllimləri ilə fəxr edirlər. Ondan ürək dolusu danışırlar.
Məktəbin direktoru Əhmədağa Ələkbərov söhbət zamanı Balakişi müəllim haqqında dedi:
– Balaş müəllim öz peşəsinə, yetirmələrinə olan məhəbbəti, ümumi və ixtisas hazırlığı, özünə qarşı tələbkarlığı, bacarığı ilə rayonun pedaqoji ictimaiyyətinin, çalışdığı məktəb kollektivinin və valideynlərin dərin hörmətini qazanmışdır. Balaş müəllim gündəlik dərslərinə dərindən hazırlaşır, yaradıcı axtarışlarla öz iş təcrübəsini zənginləşdirir. Şagirdlərlə münasibətini qarşılıqlı hörmət və tələbkarlıq prinsipi əsasında qurur. O, gənc müəllimlərin yaxın məsləhətçisidir, yaxşı yoldaş, sədaqətli dostdur.

Nurlu sabahımız, xoşbəxt gələcəyimiz

Məktəbin “Qabaqcıl təhsil işçisi”, “Tərəqqi” medallı Г‡ingiz Muradlı iş yoldaşı haqqında ürək sözlərini belə ifadə etdi:
– O, dərs dediyi şagirdlərdə kimya fənninə böyük maraq oyatmışdır. Balaş müəllim işində dəqiq, intizamlı, özünə qarşı çox tələbkar olan nümunəvi bir müəllimdir. İnsana və insanlığa hörmət, dürüstlük onun ən səciyyəvi xüsusiyyətlərindəndir.
Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikasının əməkdar müəllimi Ramiz Baloğlanovun fikirləri:
– Balaş müəllim rayonun qabaqcıl kimya müəllimidir. O, fənninin əsl bilicisi və ustasıdır. Yeni təlim metodlarından dərslərində bacarıqla istifadə edir. Bacarıqlı, işgüzar ictimaiyyətçidir. Direktor kimi çalışdığı vaxtlarda məktəbdə böyük iş aparmış, müəllimlərin fəaliyyətinə ciddi əhəmiyyət vermişdir. Onun rəhbərliyi ilə məktəbin “Şahin” hərbi-idman oyunları və “Cəsurlar” komandası dəfələrlə I-III yerləri tutmuşdur.
1996-2003-cü illər ərzində işlədiyi məktəbin 67 məzunu hərbi peşələrə yiyələnmiş, yüzlərlə məzun isə ali təhsil alaraq müxtəlif sahələrdə çalışmaqdadır.
Balakişi müəllim qayğıkeş ata, həm də mehriban babadır. O, üç övlad atasıdır. Oğlu Emil özəl bank sektorunda işləyir. Qızı Günel Salehova şəhər 1 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi, Könül Bağırova isə 3 nömrəli tam orta məktəbində biologiya müəllimi işləyir. Ailədə 3 nəvə böyüyür. Onlar Balaş müəllimin sevinci, qüruru, dayağıdırlar.
Biz Balaş müəllimi uzun illərin yoldaşlığı, dostluğu, həmkarlığı sayəsində yaxından tanıya bilmişik. Onu oxuculara tanıtmaq üçün 60 illik ömür yoluna nəzər saldıq. Elə bu münasibətlə də B.Xudiyevi təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, pedaqoji fəaliyyətində uğurlar diləyirik.
Xalqımız fədakar müəllimləri ilə öyünməli, fəxr etməlidir. Onlar nurlu sabahımız, xoşbəxt gələcəyimizdirlər.
Hacıməmməd Məmmədov

Şərh Yaz