Gimnastların bayram şənliyi

Növbəti Yeni il şənliyi Regional Cüdo mərkəzində oldu. İlk növbədə 33 nəfər azyaşlı qızın iştirakı ilə Respublika Gimnastika Federasiyasının məşqçisi, İsmayıllı gimnastlarını hazırlayan Sultanə İbrahimzadə bədii gimnastika üzrə açıq dərs keçdi. Dərs Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuşdu.
Gimnastların bayram şənliyiGimnastların bayram şənliyi
Növbəti Yeni il şənliyi Regional Cüdo mərkəzində oldu. İlk növbədə 33 nəfər azyaşlı qızın iştirakı ilə Respublika Gimnastika Federasiyasının məşqçisi, İsmayıllı gimnastlarını hazırlayan Sultanə İbrahimzadə bədii gimnastika üzrə açıq dərs keçdi. Dərs Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuşdu. İsmayıllı rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və gimnastika Federasiyası rayon filialının təşkilatçılığı ilə keçirilən bayram tədbirində çıxış edən gimnastların fərqlənən 12 nəfərinə diplom və bütün iştirakçılara hədiyyələr verildi.
Taleh Məhərrəmov

Şərh Yaz