22 illik yüksəliş yolu

Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü ilə əlaqədar noyabr ayının 21-də İsmayıllı Mədəniyyət Sarayında təntənəli bayram tədbiri keçirilib.
Tədbir öncəsi ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb.
Sarayın foyesində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin rəsm dərnəyi üzvlərinin sərgisinə baxılıb.
Tədbirdə YAP-ın yaranma tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.

22 illik yüksəliş yolu
22 illik yüksəliş yolu

Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü ilə əlaqədar noyabr ayının 21-də İsmayıllı Mədəniyyət Sarayında təntənəli bayram tədbiri keçirilib.
Tədbir öncəsi ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb.
Sarayın foyesində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin rəsm dərnəyi üzvlərinin sərgisinə baxılıb.
Tədbirdə YAP-ın yaranma tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.
YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova çıxış edərək gələn qonaqları, tədbir iştirakçılarını salamlayıb, bu tarixi gün münasibəti ilə hamını təbrik edib.
22 illik yüksəliş yolu

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP-ın yaradıcılarından biri, professor Eldar İbrahimov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. YAP-ın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi böhran xalqın qabaqcılları olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın müdrik oğlu Heydər Əliyevin ətrafında sıx birləşdilər.
Millət vəkili ölkəmizin günü-gündən inkişaf etməsindən, regionda lider dövlətə çevrilməsindən söz açıb, İsmayıllıda olmaqdan məmnunluq hissi keçirdiyini dilə gətirib.
YAP İsmayıllı rayon təşkilatının İsmayıllı şəhəri üzrə ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, professor Şəmsəddin Hacıyev YAP-ın Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan ətraflı danışıb, ötən illər ərzində görülmüş işləri təhlil edərək, Heydər Əliyevin vaxtilə söylədiyi “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin tarix tərəfindən təsdiqləndiyini diqqətə çatdırıb.
22 illik yüksəliş yolu

Millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov çıxış edərək müstəqilliyimizin ilk vaxtlarında ölkədə yaranan ictimai-siyasi və hərbi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövləti qorumaq və möhkəmləndirmək üçün siyasi partiyanın yaranmasının vacibliyini qeyd edib, ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs edib, qazanılan uğurlarda partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov çıxışında böyük zəka sahibi, milli taleyimizin təminatçısı, bütün varlığı ilə xalqı üçün çalışan Heydər Əliyevin partiya yaradıcılığından, iqtisadi təfəkkürünün Azərbaycana gətirdiyi bəhrələrdən ətraflı bəhs edib. Ümummilli liderin siyasətinə sədaqət göstərilərək idarə olunan İsmayıllının Prezident İlham Əliyevin qayğısının nəticəsi olaraq sürətlə inkişaf etməsindən danışıb.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul edilib.
Partiya sıralarına yeni qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri, YAP İsmayıllı rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına isə partiyadakı xidmətlərinə görə Fəxri fərmanlar təqdim edilib.
İsmayıllı Mədəniyyət Mərkəzinin bayram münasibəti ilə hazırladığı konsertdə “Tərəqqi” medallı Sahibə Abdullayeva, Aşıq Yanvar Bədəlov, Rövşən Teyyubov, İntiqam İbrahimov və Bəhruz Haşımov tərəfindən oxunan mahnılar, Toğrul Qasımov və Gülnar Teymurlunun söylədiyi şeirlər alqışlarla qarşılanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz