İdeoloji tərbiyəyə önəm

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 illiyi tədbirində və şəhər, rayon İcra Hakimiyyətləri başçılarının, onların ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin birgə seminarındakı məruzələri ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir.
Müşavirədə məktəb direktorları, səhiyyə, təhsil, mədəniyyət, idarə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmiş, ideya-siyasi tərbiyənin, təhsil, səhiyyə, gənclər və idman siyasətinin həyata keçirilməsi, ekologiyanın qorunması vəziyyəti təhlil olunmuşdur.
İdeoloji tərbiyəyə önəmİdeoloji tərbiyəyə önəm

Tədbiri giriş sözü ilə RİH-nin başçısı cənab Mirdaməd Sadıqov açmış, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf barədə ətraflı məlumat vermiş, rayonda abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını diqqətə çatdırmışdır.
İdeoloji tərbiyəyə önəm

M.Sadıqov Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 illiyi ilə əlaqədar keçirilən iclasındakı və şəhər, rayon İcra Hakimiyyəti başçıları və onların ictimai-siyasi humanitar məsələlər üzrə müavinlərinin birgə seminarındakı tarixi nitqi barədə ətraflı məlumat vermişdir.
RİH başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova akademik Ramiz Mehdiyevin məruzələrindən irəli gələn vəzifələr barədə ətraflı,təhlili çıxış etmiş, Prezident Administrasiyası rəhbərinin irad, təklif və tənqidi qeydlərini müşavirə iştirakçılarına çatdırmışdır.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov, Əmək və Hərbi QulluqçularVeteranları Şurası İsmayıllı rayon şöbəsinin sədri Abduləli Əliyev, RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, Topçu kənd tam orta məktəbinin direktoru Xavər Allahverdiyeva, şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Şəfaqət Rəsulov çıxış edərək Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin çıxışından irəli gələn vəzifələrin icrasının zəruriliyini və bu istiqamətdə rayonda əsaslı iş aparılmasının vacibliyini qeyd etmişlər.
Seminarda cənab R.Mehdiyevin çıxışından irəli gələn vəzifələrin müəyyənləşdirilməsi və icrası ilə əlaqədar komissiyanın yaradılması, tədbirlər planının hazırlanması qərara alınmışdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz