Şagirdlərdə məntiqi təfəkkürün inkişafı

Bugünkü təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amildir. Təlim prosesində müəllimin peşəkarlığının əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. İdrak, təfəkkür insana xas olan mühüm keyfiyyətdir. O, ilk növbədə şəxsiyyətin bütün sahələrini əhatə edərək onun fəaliyyətini tənzimləyir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Məntiqi təfəkkür hər yerdə lazım olan vərdişdir.
Şagirdlərdə məntiqi təfəkkürün inkişafıŞagirdlərdə məntiqi təfəkkürün inkişafı

Bugünkü təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amildir. Təlim prosesində müəllimin peşəkarlığının əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. İdrak, təfəkkür insana xas olan mühüm keyfiyyətdir. O, ilk növbədə şəxsiyyətin bütün sahələrini əhatə edərək onun fəaliyyətini tənzimləyir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Məntiqi təfəkkür hər yerdə lazım olan vərdişdir.
Məntiq – hər bir insanın düzgün düşünə bilməsi və ağıllı nəticə çıxarmasıdır. Düşünmək, fikirləşmək öz-özlüyündə mübahisə etmək deməkdir. Verilən sualların cavabları məntiqin özüdür. Məntiq şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliyyətlərinin və intellektual səviyyələrini yüksəltməyə, bilik və bacarıq vərdişlərinin daha məzmunlu, ətraflı formalaşmasına, müstəqil fikir yürütməsinə xidmət edir. Müəllim şagirdlərdə idrak fəallığı yaradaraq, motivasiya, mövzuya uyğun düzgün seçilmiş təlim üsulları, iş formaları, özü də məntiqin, təfəkkürün inkişafına xidmət edir.
Şagirdlərdə məntiqi təfəkkürün inkişafı

Son zamanlar məntiqlə düşünmə qabiliyyətinin inkişafına xüsusi diqqət verilir. Bu, ən çox riyaziyyat və Azərbaycan dili fənlərində təzahür olunur. Təlimə maraq aşılamaq, həm də məntiqi təfəkkürü inkişaf etdirmək məqsədi ilə mən də dərsliklərdəki bəzi nümunələrdən istifadə edirəm.
Məsələn: “Say” bəhsini keçəndə şagirdlərə belə bir tapşırıqla müraciət edirəm.
İki oğul, iki ata,
Hərəsi mindi bir ata.
Mindilər cəmi üç ata
Bu, neçə olur görəsən?
Şagirdlər həm bəndə işlənmiş sayı tapır, həm də sualın cavabın düşünürlər.
Və yaxud:
Kitab – 86951
Kələk – 84348
Gəzək – 24748 olarsa, bəzək sözü hansı ədədlə ifadə olunacaq?
a) 4748, b) 54342, c) 65789, d) 14748
İlk olaraq hərflərin hansı ədədlə ifadə olunduğunu tapmaq lazımdır.
Yəni: “k” hərfi = 8 “a” hərfi = 5 “l” hərfi = 3
“i” hərfi = 6 “b” hərfi = 1 “ğ” hərfi = 2
“t” hərfi = 9 “ə” hərfi = 4 “z” hərfi = 7
Doğru cavab: d) 14748
Müxtəlif mövzulara aid bir neçə məntiqi test tapşırıqlarını nəzərə çatdırıram.
1. Ümumi isimlərin məntiqi ardıcıllığını tamamlayın:
2. Dostluq, firavanlıq, gözəllik …
a) Daşlıq, c) gözlük, d) önlük, e) illik
2. Cana doymaq, boğaza yığılmaq, …
a) təngə gəlmək b) can vermək c) boğazından kəsmək d) can qoymaq
3. Cümlənin məntiqi tamamlanması:
Nahar……. ola bilməz.
a) stolsuz b) qab-qacaq c) qidasız d) duzsuz
4. Məntiqi ardıcıllığı tamamlayın:
Market → ərzaq
Aptek → ?
a) xəstə, b) satıcı, d) dərman, c) həkim
5. baba → 3232
nənə → 4646
ana → ?
a) 232 b) 323 d) 343 c)242
6. Məntiqi ardıcıllığı tamamlayın:
səs – qulaq
işıq – göz
dad – ?
a) Dil, b) burun, c) göz, d) diş, e) ağız
7. Getmək ─ metr
Qaldırmaq ─ ?
a) sürət, b) saat, c) uzunluq, d) kiloqram
8. Əsgər ─ komandir
Xəstə ─ həkim
Şagird ─ ?
a) müəllim b) çanta d) lövhə c) dəftər
Təlim zamanı şagirdlər bilik əldə etməklə yanaşı, bu biliklər üzərində düşünür, axtarır, tapır. Deməli, öyrənmənin, bilik əldə etmənin əsasında idrak prosesi durur. Bu da şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirir. Şagirdlər aldıqları məlumatları özləri araşdırmalı və onlara əlavələr etməlidirlər. Hər hansı məsələ, fakt və hadisə haqqında bir-biri ilə mübahisə etməli, öz fikirlərini və mülahizələrini bildirməli, öz fikirlərinə əsaslanmalı olmaqla yanaşı, yoldaşlarının da fikirlərini dinləməli, onlara hörmətlə yanaşmalıdırlar. Bu, şagirdlərdə məntiqi ardıcıllığı və təfəkkürü möhkəmləndirir.
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz