Məşğulluq strategiyası

İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 14 noyabr 2014-cü il tarixdə “Azərbaycan Respublikasının məşğulluq strategiyasının (2011-2015) həyata keçirilməsində sosial tərəfdaşların rolu” mövzusunda sahibkarlar, idarə və müəssisə rəhbərlərinin, həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Mövzu ilə bağlı İsmayıllı Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov çıxış edib. O bildirib ki, 2014-cü ilin 10 ayı ərzində Məşğulluq Mərkəzinə 372 nəfər müraciət edib, onlardan 330-u işlə təmin edilib.

Məşğulluq strategiyasıMəşğulluq strategiyası

İsmayıllı Tikiş Fabrikinin icraçı direktoru Lətifə Əliyeva istehsal prosesinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və işçilərin məşğulluğunun təmin edilməsində qarşıda duran vəzifələrdən, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov işə qəbul və işdən çıxarma, sosial güzəştlərin, təminatların verilməsi məsələlərnin təmin edilməsində həmkarlar təşkilatlarının rolundan, İsmayıllı Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyev iş təcrübəsi və xüsusi hazırlıq nəticəsində nəzəri biliklərə, təcrübi vərdişlərə yiyələnməyin rolundan danışıblar.
Digər çıxış edənlər mövzu ətrafında maraqlı fikirlər səsləndiriblər.
Dəyirmi masaya dövlət məşğulluq siyasətinin həyata keçirilməsində əmək bazarındakı vəziyyətdən asılı olaraq işəgötürənlərin hüquq və vəzifələrinin müəyyən edilməsi ətrafında müzakirələrin aparılması ilə yekun vurulub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz