“Lahıc nağıllı dünyam”

Qədim yaşayış məskəni olan Lahıc sənətkarları, ziyalıları haqqında çox yazılıb. Bu mövzuda yazanlar hələ də var və gələcəkdə də olacaq. Buradakı hər bir bina, küçə, məhəllə tarixdir. Hələ ziyalılarını, sənətkarlarını, sadə adamlarını demirik. Onların hərəsi haqqında kitab yazmaq mümkündür. Belə bir yeni kitabla tanış oluram: ”Lahıc nağıllı dünyam” adlanır. Müəllifi Məhbubə Hacıyevadır.
Kitab Azərbaycanın məşhur yaşayış məskəni Lahıc haqqındadır. Müəllif kitab üçün material toplayarkən Lahıcın hər guşəsinə, məhəlləsinə və tikintisinə baş çəkmiş, ziyalıları, sənətkarları ilə görüşmüş, xeyli əlavə ədəbiyyat nəzərdən keçirmişdir. Kitabda Lahıcın tarixi,sənətkarlıq məsələləri, zəngin təbiəti, alim və ziyalıları haqqında geniş məlumat verilmişdir.

Müəllif kitaba üç dildə – Azərbaycan, rus və ingilis dillərində ön söz yazmışdır. Burada qədim dövrdən başlayaraq bu günümüzə qədər olan tarixi faktlar toplanmışdır. Lahıcdan olan alimlərin, dövlət xadimlərinin və sənətkarların, xeyirxah insanların çoxu dünyasını dəyişib. Onlar haqqında kifayət qədər məlumat toplanmışdır. Burada etnoqrafiya haqqında kifayət qədər materiala da rast gəlmək mümkündür. Kitabın ən böyük dəyəri burada verilmiş rəngli şəkillərdir. Belə şəkillər kitabın daha oxunaqlı olmasına yardımdır.
Tarixlərin şahidi olmuş Lahıc bu gün ikinci gəncliyini yaşayır. Rayonumuzda turizmin inkişafı ilə əlaqədar Lahıcın qonaq-qarası günü-gündən çoxalır. Kitabda turistlərə ətraflı məlumat verə biləcək muzey haqqında geniş məlumat var. Bu bölməni oxuyan oxucuda Lahıcın keçmişi və bu günü haqqında xeyli təəssürat yaranır, onda həmin yerləri görmək, gəzmək həvəsi yaranır. Rəngli fotolar bu həvəsi daha da alovlandırır. Ümidvarıq ki, bu kitab yerli sakinlərlə bərabər, gələn qonaqlar üçün də maraqlı olacaq və rayonda turizmin inkişafı sahəsində müəyyən rol oynayacaqdır.

Lahıc haqqında yazıçı Manaf Süleymanovun da “Azərbaycan diyarı Lahıc” adlı etnoqrafik əsərı var. Bu kitabda da qədim diyarın sənətkarları, elm və dövlət xadimləri haqqında geniş məlumat verilmişdir. Fərq ondadır ki, kitabdakı şəkillərin hamısı ağ-qaradır. Bu cəhətdən Məhbubə xanımın kitabı üstündür.

Sonda bir daha qeyd etmək istərdik ki, kitabın tərtibatındakı kiçik nöqsanlara baxmayaraq, müəllif çox sanballı bir əsər ortaya qoya bilmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz