Xəmsə yarışı

17 oktyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Gənclər Mərkəzinin akt zalında 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “Xəmsə” milli intellektual oyununun IV Azərbaycan çempionatının rayon mərhələsi keçirilib.
Yarışda çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirakçıları salamlayıb və hər bir komandaya uğurlar arzulayıb.

Gərgin bilik mübarizəsi şəraitində keçən yarışda rayonun müxtəlif məktəblərindən 12 komanda iştirak edib. Ən yüksək nəticələri Cülyan, Təzəkənd və şəhər 1 nömrəli tam orta məktəblərinin komandaları göstərərək finalda mübarizə aparıblar. Nəticədə, Cülyan məktəblilərindən təşkil olunmuş eyniadlı komanda I olmuşdur. Təzəkənd məktəblilərindən ibarət “Odlar yurdu” komandası II, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin “İsmayıllı -1” komandası III yeri qazanıblar.
Qalib gəlmiş komandalar Rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif ediblər.
Birinci olmuş Cülyan komandası Ucar rayonunda keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb.
Taleh Məhərrəmov

Şərh Yaz