Vətən mənə oğul desə…

Kiçik coğrafiya müəlliminin “Böyük coğrafiya müəllimi”nə ithafı

Şagirdlərdə vətənpərvərlik tərbiyəsi formalaşdırmaq üçün mən tez-tez M.Araz poeziyasına müraciət edirəm. Coğrafiya müəllimi kimi, şagirdlərimə Azərbaycan təbiətinə məhəbbəti M.Arazdan öyrənməyi tövsiyə edirəm.
Çaylar kimi coşqun təbli, dağlar kimi uca M.Arazdan…
XX əsrdə Azərbaycan poeziyasına Məmməd Araz adlı bir şair gəldi, keçdi.
“Dünya mənim, dünya sənin, dünya heç kimin” deyərək dünyaya güldü, köçdü.
Sizdən mənə bir ömürlük xatirə,
Məndən sizə nə qalacaq, nə bilim? – yazaraq nəğmə olub könüllərə, qəlblərə köçdü.
Bizlərə nə qalmadı ki, Məmməd Araz?
Xan Araz, Məmməd Araz! İki Araz qovuşdu. Şairin təbi aşdı-daşdı, Arazda şaxələnən çinara döndü. Xətainin qılıncını suvararaq M.Araz karandaşı göyərtdi.
Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.
Vətən mənə oğul desə...

M.Araz öz iti qələmiylə yeni bir “Vətənnamə” yaratdı. Vətənin bapbalaca çiçəyinə “balam çiçək” dedi. Daşını “ay daş qardaş” çağırdı, qayasını Koroğluya bənzətdi. Vətənin xatirinə hamıya “ayağa dur” dedi.
Azərbaycan deyiləndə, ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
Elə Vətənə də Vətən üçün:
Ayağa dur, Azərbaycan!
Bunu sənə zaman deyir. – söylədi.
Şairin şeirlərinin çoxunun ana xətti məhz Vətən məhəbbəti oldu. Vətən məhəbbətinin bundan güclü ifadəsi varmı?
Gözünü sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
Yaxud:
Azəri torpağı son kəfənimdi,
Doymaram bu qara bezimdən mənim.
Vətən mənə oğul desə...
Şairin Vətən torpağına, daşına məhəbbəti “Ey daşlaşan ulu babam”, “Daşa dönəm yavaş-yavaş”, “Savalanın qara daşı göyərdi”, “Siz nənəmin bacılığı, siz babamın qardaşlığı, Bəlkə, elə zəmi sanım bu daşlığı” ifadələrində çözələndi, bu ifadədə möhürləndi.
Olmayandan Vətən daşı,
Olmaz ölkə vətəndaşı.
Vətən məhəbbəti Qaya Məmmədin iki misrasını da dillər etdi. Bu misralar əsl Vətən oğullarının himninə çevrildi.
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Beləcə M.Araz “İti bazarında atından baha” dünyada “ Mən belə dünyanın nəyindən küsüm” deyərək şövqlə yazdı, yaratdı.
Ölə-ölə yazmıram
Yaza-yaza ölürəm. – söylədi.
Və “Kimə xəzəl, kimə güzar dünya”dan bir M.Araz gəldi, keçdi.
Ədəbiyyatımızda, yaddaşlarda bir Məmməd Araz qaldı, köçdü…
Ziya Məmmədov,
Quşencə kənd tam orta məktəbinin coğrafiya müəllimi

Şərh Yaz