İlahi nur


Sözün gücü insanlara bir-biri ilə ünsiyyət qurmaq, dərdini bölüşüb sevincinə şərik olmaq imkanı verir. Söz ürək sirrinin açarı, düşüncənin ifadəçisi rolunu oynayır. Hacı İdrisin söz dünyası ilə tanış olduqda bunu aydın görmək olur.

İlahi nurİlahi nur

Sözün gücü insanlara bir-biri ilə ünsiyyət qurmaq, dərdini bölüşüb sevincinə şərik olmaq imkanı verir. Söz ürək sirrinin açarı, düşüncənin ifadəçisi rolunu oynayır. Hacı İdrisin söz dünyası ilə tanış olduqda bunu aydın görmək olur.
Hacı İdris İbrahimov 1960-cı ildə İsmayıllı rayonunun Quşencə kəndində anadan olub. 1967-1977-ci illərdə Quşencə kənd orta məktəbində orta təhsil alıb. 1979-1981-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1984-cü ildə Bakı Sovet Ticarəti Texnikumunu bitirib. 1984-1989-cu illərdə İsmayıllı rayonunun “İnqilab” sovxozunda mühasib işləyib. 2001-ci ildə Həcc ziyarətində olub.
2005-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2014-cü ildə “Əsrin ziyalısı” və “İlin şairi” fəxri diplomuna layiq görülüb.

İlahi nur

Gənc yaşlarından yaradıcılığa meyilli olan Hacı İdris “Quşencədən Məkkəyə gedən yollar”, “Quşencə – dünəndən bu günə gələn yol”, “Tanrı dühası”, “Cavanşir yurdunun pəhləvanı” kitablarının və onlarca məqalənin müəllifidir.
Şairin 2014-cü ildə “İlahi nur” adlı şeirlər kitabı işıq üzü görüb. Şeirlər ilə tanış olduqda şairin iç aləmi daha geniş mənada təzahür edir. Şeirlərində olan qəlb yanğısı, sevgi-məhəbbət nisgili əsl aşiqlik, varlığa qədər sevməyi bacaran və onu misraya gətirə bilən Məcnun şair obrazını canlandırır.
Kitabdakı şeirlər 3 bölmədə – “Tanrıya sevgi”, “Fani dünya”, “Gənclik xatirələri” başlıqları altında toplanıb. Birinci bölmədəki şeirlərdən birini oxuculara təqdim edirik:

Günahı Allah silir

Günəş şölə saçmaz, gecə yatmasa,
Ay da bədirlənməz, gündüz batmasa.
Şeytanlar cəhd edib ərşədək qalxar,
Mələklər onlara ulduz atmasa.

İnsanın günahı suyla yuyulmaz,
Cənnətin qoxusu sağkən duyulmaz.
Sözünlə əməlin bil, fərqli olsa,
Cənnətdə yerinə nişan qoyulmaz.

Dünyanın axırın Yaradan bilir,
Nəsillər dəyişir, yenisi gəlir.
Bəndənin əməlin mələk yazsa da,
Dəftərdən günahı tək Allah silir.
Çinarə Bəhərçinli

Şərh Yaz