İlk zəng – son mənzil

Müəllimlik dünyada ən çətin, şərəfli və gözəl peşədir. Bu peşənin müqəddəsliyi və çoxcəhətliyi ondan ibarətdir ki, onun əməyi nəticəsində cəmiyyət formalaşır, savadlı, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu günkü şagirdin gələcəyi, cəmiyyət üçün faydalı bir şəxs kimi yetişməsi müəllimdən asılıdır. Məktəbə qədəm qoyan şagirdin gələcək həyat yolunu müəllimin yandırdığı məşəl işıqlandırır. İllər keçir, şagird böyüyür, vicdanlı bir şəxsiyyətə çevrilərək onu vətəndaş kimi tərbiyə edən, bu yolda gözlərinin nurunu, ürəyinin hərarətini ondan əsirgəməyən müəllimini heç vaxt unutmur.

Biliyə gedən yol məktəbdən, kitabdan başlayır. Bu yolda əzmlə çalışan, böyüməkdə olan gələcək nəsil üçün özünü sipər edən müəllimlərimiz çoxdur.
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunur. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. İnsan, o cümlədən də müəllim geridə qoyduğu günlərə sarı boylanır, ürəyində pünhan saxladığı arzuların yeni dərs ilində həyata keçəcəyi ümidi ilə sabaha daha nikbin baxır.
Mənim üçün nə qədər çətin olsa da söhbət açacağım bu adamın arzuları ürəyində yarımçıq qaldı. Zərnava kənd tam orta məktəbinin müəllim və şagird kollektivi növbəti müəllimini son mənzilə yola saldı. Məktəbin müəllimlərindən Vəli Orucov, Duvayar Ağayev, Xalıq Abuzərov, Əflatun Ağayev yaş yetirməmiş həyatdan getmişlər. Haqqında söhbət açdığım Ədalət Carıyev Zərnava məktəbinin dil-ədəbiyyat müəllimi idi. O, yeni dərs ilinə iki gün qalmış (13 sentyabrda) əbədi olaraq həyatla vidalaşdı. İlk zəng Zərnava məktəbinin müəllim və şagird kollektivi üçün kədərli günə çevrildi.
Ədalət Şahyəddin oğlu Carıyev 1952-ci il iyulun 10-da anadan olmuşdu. 1967-ci ildə Zərnava kənd 8 illik məktəbini bitirmişdi. Ədalət 1968- 1972-ci illərdə M.Ə.Sabir adına Şamaxı Şəhər Pedaqoji Texnikumunda təhsil almışdı. 1972-74-cü illərdə Sovet ordusunda xidmət etmişdi. O,1974-cü ilin sentyabrından sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdı.
Ali təhsil almaq vacib məsələ idi. Ona görə də 1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1987-ci ildə oranı bitirmişdi.
Ədalət müəllim ömrünün 40 ilini təhsilə həsr etmişdi. Onlarca şagirdə təhsil vermiş, onlara ana dilimizin, ədəbiyyatımızın incəliklərini öyrətmiş, həyatda düzgün yol göstərmişdi. O, işlədiyi pedaqoji kollektivdə, həmkəndliləri və dost-tanışları arasında xoş rəftarı, mehribanlığı ilə böyük hörmət qazanmışdı. Əsl ziyalı kimi tanınırdı. Ədalət müəllimin qəfil ölümü onu tanıyanların hamısını kədərləndirmişdir. Dörd övladı atasız qaldı.
Allah ona rəhmət eləsin. Ailəsinə səbir diləyirik.
Məhəmməd Aslanov,
Zərnava kənd klubunun müdiri

Şərh Yaz