İbtidai siniflərdə oxu vərdişləri növlərindən istifadə

İnkişaf etmiş dünya ölkələrində inteqrasiya milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsi, yeni keyfiyyətlərin daşıyıcıları olan gənclərin yetişdirilməsi, təhsilin şəxsiyyətyönümlü olması bu gün Azərbaycan təhsilinin qarşısında duran başlıca vəzifələrdən biridir.
İbtidai siniflərdə oxunun müxtəlif növlərindən istifadə etmək, şagirdlərdə düzgün, sürətli və ifadəli oxu vərdişləri yaratmaqla onun şüurluğuna da təsir göstərir. Oxu prosesi həm səsli, həm də səssiz gedir. Oxunun bu növünün təlim prosesində öz yeri və əhəmiyyəti var. Müəllim şagirdlərə oxunun məzmununu dəqiq çatdırmaq, onların eşitmə və dinləmə bacarıqlarını inkişaf etdirmək, yol verdikləri nöqsanları tutmaq və aradan qaldırmaq, nitqlərinin canlı danışıq formasındakı səhvlərin düzəldilməsi üçün sistemli və ardıcıllıqla iş aparmalıdır.

I. Mətnin hissə-hissə oxunması
Müəllim bədii mətnləri əvvəlcədən hissələrə ayırır. Sonra bir hissəsini bir şagirdə oxumağını tapşırır. Oxunun sonunda bir növ təhlil-müsahibə aparır, çətin sözləri izah edir və s. işi aparır.
I sinifdə oxunu ayrı-ayrı obrazların oxunması üzrə də aparmaq olar. Şagirdlərin oxu vərdişləri, müşahidə və qavrama qabiliyyətləri inkişaf etdikcə obrazlardan məntiqi cəhətlərdən bitmiş hissələrə doğru hərəkət artır, mətn mənimsənilir.
Burada məqsəd oxunacaq mətndəki faktları, hadisələri, onlar arasındakı qarşılıqlı səbəb və nəticə əlaqələrini şagirdlərə dəqiq və anlaşıqlı şəkildə çatdırmaqdan ibarətdir. Hissə-hissə oxu prosesində mətnin hissələri şagirdlərin diqqətini tez və dəqiq səfərbər etməyə, söylənilənləri gözləri qarşısında konkret şəkildə canlandırmağa imkan verir. Onlar həmin hissədəki üç-dörd faktı tez tutur, araşdırır, oxşar və fərqli cəhətlərini müəyyənləşdirir. Az vaxt ərzində oxunan hissəni mənimsəyir, növbəti hissəni öyrənməyə hazırlaşır.
II. Mətnin bütöv oxunması
Buradakı əsas məqsəd şagirdlərə oxunan mətnin məzmununun şüurlu mənimsətmək və ifadəli oxu nümunəsi aşılamaqdır. I-II siniflərdə bütün mətnləri, III-IV siniflərdə isə tərkibində çətin anlaşılan söz və ifadələr, mürəkkəb cümlələr işlənmiş hekayələri müəllim oxumalıdır. Oxu aydın və ifadəli getməlidir, şagirdlər kitabı örtüb müəllimi dinləməlidirlər. Hər sözün, ifadə və cümlənin necə deyilməsinə, onların hərəkətlərinə, bir hissədən digərinə keçid əlaqələrinə diqqət yetirilməlidir. Müəllim şagirdlərin diqqətini yoxlamaq məqsədi ilə suallar verməlidir.
Bu prosesdə şagirdlər müxtəlif hissələr arasındakı əlaqələri görür və öyrənirlər. Hər hissə özündən əvvəlkinin məzmun və məntiqi cəhətdən davamıdır, sonrakı hissənin meydana çıxmasına zəmin yaradır. Bunun əsasında şagirdlər bir hissədən digərinə keçməklə məzmunu bütövlükdə şüurlu mənimsəyirlər. Mətnin bütöv oxunması prosesində şagirdin oxusunu müəllim və yoldaşları dinləyir, onun nöqsan və müvəffəq cəhətlərini müəyyənləşdirirlər. Nöqsanlarına müəllim və yoldaşları tərəfindən düzəliş verilir.
Mətnin bütöv oxunması bir neçə cəhətdən əhəmiyyətlidir: ifadəli oxu vərdişlərinin yaranması, məzmunun şüurlu mənimsənilməsi və şifahi nitqin inkişaf etdirilməsi.
III. Mətnin təkrar oxunması
Bu prosesdə əsas məqsəd mətnin məzmununun mənimsənilməsini daha da möhkəmləndirməkdən ibarətdir. Bəzən müəllim mətni təkrar-təkrar oxuyur, bu işə heç bir yaradıcı xarakter vermir, şagirdi düşündürmür. Belə mexaniki oxunun təlimə xeyri olmur, əksinə, şagirdləri yorur, bezdirir. Təkrar oxu zamanı şagirdlərə düşündürücü suallar vermək, onların diqqətini əsas məsələlərin bütövlükdə məzmunun açılmasına yönəldilməlidir. Əgər mətn həcmcə kiçikdirsə və obrazlı ifadələrlə o qədər zəngin deyildirsə, onu bütöv oxumaq məsləhətdir.
Təkrar oxuda əsas məqsəd bədii obrazları şagirdlərin təsəvvüründə canlandırmaqdırsa, məzmunu şüurda möhkəmləndirmək, emosional təsir qüvvəsini artırmaqdır.
IV. Müəllimin tapşırığı əsasında mətnin səssiz oxunması
Mətnin müəllimin tapşırığı əsasında oxunması əsasən III sinifdən başlanır. O, 10-12 dəqiqə müddətində aparılmalıdır. Mətnin səhnələşdirilib oxunması da vacibdir. Bu, şagirdlərdə yaradıcılığı artırır. Bu məqsədlə də I sinif şagirdləri üçün sadə hekayələr, nağıl və təmsillər oxumaq lazımdır. Şagirdlər sinifdən-sinfə keçdikcə, bilik və bacarıqları möhkəmlənir. Müəllim rollar üzərində oxuya imkan yaratmalıdır. Bu zaman çıxış edən şagirdin səs tonuna və hərəkətlərinə fikir verməlidir. Şagirdlərə oxu nümunəsi vermək, sərbəst tapşırıqları yerinə yetirməsinə nəzarət etmək lazımdır. Bu, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir.
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz