İsmayıllı və Quba rayonlarında vəziyyət bəzi pozucu KİV-lərin qeyd etdiyi kimi deyil

İsmayıllı rayonunda təmir, tikinti və quruculuq işləri intensiv xarakter alır. Orta sahibkarlığın inkişafı üçün şərait yaradılır. Rayon İcra Hakimiyyətində vətəndaşların problemləri dinlənilir, kənd ərazi icra nümayəndələri rəhbərlərinə vətəndaşların problemlərini imkan daxilində həll etmələri tapşırılır.

Bir sözlə, həyat öz axarı ilə davam edir, insanlar özlərinə aid işlərlə məşğul olur. Rayon İcra Hakimiyyətinin başçısı, ziyalı Mirdaməd Sadıqovun humanizm prinsipi öz işini görür və rayon sakinləri ziyalıları sözün həqiqi mənasında ondan məmnun halda söhbət açırlar. Bütün bunların fövqündə bəzi KİV-lər pozucu və çaşdırıcı yol tutub dövriyyəyə buraxılan yalan informasiyaları ilə görülən işlərə kölgə salmaq istəyirlər. Hətta yazırlar ki, Mirdaməd Sadıqov kəndlilərə verilən subsidiyaları mənimsəyib. Heç fikirləşirlərmi ki, Mirdaməd Sadıqovun mədəni səviyyəsi imkan verir, o bunu etsin? Onlara isə bildirmək istəyirik ki, İsmayıllıda vəziyyətə dair qeyd etdiyiniz məlumatlar pozuculuq məqsədi daşıyır. Əsl həqiqəti bilmək üçün rayonda görülən işləri görmək, insanlarla qurulan təmasdan xəbərdar olmaq lazımdır. Bunun üçün isə mütləqdir ki, rayonu gəzib insanlarla söhbət edəsən.
Eynilə, bir neçə mətbu orqanı axırıncı iki ayda Quba rayonunun icra başçısı Mübariz Ağayevi də hədəf seçib. Hər dəfə yazılan tənqidi yazıları oxuyarkən fikirləşirsən ki, bəlkə bircə element tapıb tənqid yazan KİV-lərə bəraət qazandırasan. Ancaq bu mümkün olmur. Çünki, eynilik, təkrarçılıq, qərəzdən başqa bir detalın üzərində dayana bilmirsən. Fikirləşirsən, həqiqətənmi Quba və İsmayıllı Rayon İcra Hakimiyyətindən yazılan “tənqidi” yazılara müəlliflərin özləri inanır?…
Belə xoşagəlməz hallara görə tənqidin təsiri yoxdur, mətbuat həqiqətimi yazır, tənqidi yazılara fikir verən kimdir, qəzetdi də yazır və s. mətbuatı aşağılayan fikirləri daha az-az deyil, demək olar ki, hər gün eşidirik.
Səbuhi Ələsgərov

Şərh Yaz