Təhsilə yüksək diqqət və qayğı

Müasir dövrdə hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olacaq. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı göstərilir. Respublikanın əksər bölgələrində, eləcə də rayonumuzda tikilən yeni məktəb binaları bunu bir daha təsdiqləyir.
Təhsilə yüksək diqqət və qayğı

Müasir dövrdə hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olacaq. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı göstərilir. Respublikanın əksər bölgələrində, eləcə də rayonumuzda tikilən yeni məktəb binaları bunu bir daha təsdiqləyir.
15 sentyabr 2014-cü il tarixində Şəbyan kənd məktəbinin açılış mərasimi keçirdi.
Məktəbin direktoru kimi ilk çıxış edən mən oldum. Açılış iştirakçılarını salamladım və bildirdim ki, uzun illər köhnə, uçuq, müasir tələblərə cavab verməyən bir məktəbdə işləyirdik. Bu da işin keyfiyyətinə mənfi təsir göstərirdi. Bu gün müasir tələblərə cavab verən təzə, yaraşıqlı, müasir avadanlıqlarla təmin edilmiş məktəbin tikintisinə görə prezident İlham Əliyevə kənd sakinləri, müəllimlər, məktəblilər adından minnətdarlıq bildirdim.
Açılışda iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə əsası qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları, cənab Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğı, rayonumuzun sosial-iqtisadi inkişafından, təhsil sahəsində əldə edilən uğurlardan danışdı.
Mirdaməd müəllim bütün kənd camaatını, müəllimləri, şagirdləri yeni məktəb binasının istifadəyə verilməsi münasibəti ilə təbrik etdi, burada təhsil alacaq Şəbyan, Bəhliyan və Bilistan kəndlərinin şagirdlərinə, məktəb kollektivinə uğurlar dilədi. İcra başçısı şagirdlərə yaxşı oxumağı tövsiyə etdi.
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov təhsil sahəsinin tərəqqisinin ölkəmizin sürətli inkişafına təkan verdiyini dedi. Rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı.
Valideynlər adından Telman Aslanov çıxış etdi. O da öz növbəsində məktəbin tikintisində əməyi olan hər bir kəsə təşəkkürünü və minnətdarlığını bildirdi, kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq etdi.
IX sinif şagirdi Mustafa Nuriyev yeni məktəbdə daha yaxşı oxuyacaqlarına söz verdi, şagirdlər adından dövlət başçısına və tikintidə zəhməti olan inşaatçılara minnətdarlığını bildirdi.
Daha sonra məktəblə tanışlıq oldu. RİH başçısı müəllimlərə və məktəblilərə tövsiyələrini verdi.
Həmin gün qonşu Külüllü kəndində də yeni məktəb binasının açılması xəbəri bizi sevindirdi.
Novruz Bağırov,
Şəbyan kənd ümumi orta məktəbinin direktoru

Şərh Yaz