Təmsilçisi olduğunuz KİV-i hörmətdən salmayın

Torpaq, əmlak, əkin, yaylaq və otlaq sahələri üzərində cəmləşən maraqlar ucbatından ismayıllı sakinlərinə öz eli, obası darlıq etdiyi bir vaxtda, dözməyərək, digər maraqların fitvası ilə məmur özbaşınalığına qarşı 2013-cü ilin yanvarında etiraz edildi. Həmin məqamda hər bir vətəndaşın tale məsuliyyətini öz üzərinə götürmüş cənab İlham Əliyev ismayıllıların dadına yetdi, dərdlərinə çarə qıldı. Layiqli bir vətəndaşı, Əməkdar elm xadimini İsmayıllıya başçı təyin etdi. İşə başladığı ilk gündən Allah, dövlət adamı olan Mirdaməd Sadıqov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrini məsuliyyət və ləyaqətlə həyata keçirir.

İsmayıllıdakı inkişafı gözü götürməyənlər, Günəşdən gizlənən, xarabalıq sevən, ədalətli jurnalist adından qeyri-peşəkar şəkildə çıxış edənlər rayona aidiyyəti olmayan məlumatları layiq olduqları kini, nifrəti müxtəlir qəzetlərin, saytların, sosial şəbəkələrin səhifələrinə çıxarırlar. Həmişə də “ağızyumma xərci” verməyənlər tənqid hədəfinə çevrilirlər.
Nə yaxşı ki, ağı qaradan asanlıqla seçənlər, haqqa, ədalətə könül verənlər çoxdur. “Bizim Azərbaycan”, “Azərbaycan”, “Respublika”, Yeni müsavat”, “Yeni Azərbaycan”, “Əsrimizin ziyalıları”, “Təbiət və insan” qəzetləri, “Azər.Tac” və digər çoxsaylı informasiya agentlikləri “düzü-düz, əyrini-əyri” yazmağı özünün məslək və əqidə borcu bilir. Belə KİV-lərin qələm sahibləri əsl vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.
Qarayaxanlıqla Azərbaycanda, onun günbəgün inkişaf edən bölgələrindən biri olan İsmayıllıda nəyəsə nail olmağın mümkünsüzlüyünü hər kəs qəbul etməlidir. Rayondan kənarda bəlkə də, onun haqqında bəd niyyətlə yazılanlar kiməsə maraqlı görünər. Lakin İsmayıllıdakı dövlət-vətəndaş vəhdətini, gündən-günə vüsət alan inkişafı öz gözləri ilə görənlər rayonla bağlı neqativ yazıları oxuyanda onların qərəzlə yazılmasından başqa bir şey düşünmürlər. Oxucular yaxşı bilirlər ki, İsmayıllıda təmənnalı tərifə də əsla ehtiyac yoxdur. İsmayıllıların onilliklər boyu arzuladıqları həyat həqiqətinə çevrilir və bu inkişafa əngəl olmağa çalışanlar özlərini əbəs yerə yormasınlar, təmsilçisi olduqları KİV-i hörmətdən salmasınlar.

Şərh Yaz