Gec qalmayın, gənc qalın

Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyi 19 sentyabr 2014-cü il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gec qalmayın, gənc qalın!” adlı layihə çərçivəsində tədbir keçirib.

Tədbirdə İsmayıllı Rayon İcra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov da iştirak edib.
Gec qalmayın, gənc qalın
Tədbiri giriş sözü ilə açan N.Teymurov gələn qonaqları və məktəbliləri salamlayıb, İsmayıllıda gedən quruculuq-abadlıq işləri haqqında məlumat verib. İsmayıllıda son illərdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Gec qalmayın, gənc qalın
İctimai birliyin sədri Elçin Manafov layihənin ilk mərhələsində üç aylıq “İlkin tibbi yardım” kurslarının təşkil olunduğunu deyib. Təlimçi, həkim-cərrah Kəmalə Məmmədova “Sağlam bədəndə sağlam ruh olar” sözünü xatırladaraq, sağlamlığın əhəmiyyətindən söz açıb. Eyni zamanda süni tənəffüs, suda boğulma, gün vurma, ilan sancması, ürəktutması, arterial təzyiqin ölçülməsi, qızdırma, hərarətin ölçülməsi kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda necə ilk yardım göstərilməsi haqqında məlumat verib. Tədbirin sonunda şagirdlərə bukletlər paylanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz