Müsbət rəy formalaşıb

YAP İsmayıllı rayon təşkilatı Əhalinin Sosial Müdafiə Mərkəzi ilk partiya təşkilatında “Ölkəmizin davamlı sosial iqtisadi inkişafı, düşünülmüş, böyük siyasi zəkaya söykənən uzaqgörən siyasətin məntiqi nəticəsidir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə YAP rayon təşkilatının Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Maliyyə və Məşğulluq Mərkəzi ilk partiya təşkilatlarında çalışan YAP üzvləri iştirak ediblər.

Müsbət rəy formalaşıbMüsbət rəy formalaşıb

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O qeyd edib ki, hər bir xalqın və döv¬lətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda bö¬yük nüfuza malik liderə ehtiyac duyulur. Bu gün ulu öndər Heydər Əliyev irsinin layiqli da¬vam¬çısı kimi Prezident İlham Əliyevin müəl¬lif¬liyi ilə müasir Azərbaycan tarixinin şanlı səhi¬fələri yazılır. Son on ildə dövlətə rəhbərlik fəaliy¬yətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olunub, Azərbaycanda dövlət idarəçiliyinin özünəməx¬sus, mükəmməl sistemi formalaşdırılıb.
Ölkəmizin digər regionlarında olduğu kimi, İsmayıllı da bu uğurlu inkişafda irəliyə doğru addımlayır. Hazırda rayonumuzda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb, yeni-yeni iş yerləri açılır. Əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülür.
Doğma Azərbaycanımızın mirvarisi olan İsmayıllının siması gündən-günə gözəlləşir. Ətraf mühitin qorunması məqsədilə “Təmiz şəhərdə və kənddə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin uğurla həyata keçirilməsi üçün əhalinin maarifləndirilməsi məqsədilə məqsədyönlü tədbirlər davam edir.
Tədbirdə YAP Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilk partiya təşkilatının sədri Fuad Məmmədəliyev, Mərkəzin direktoru Çingiz Əliyev, YAP üzvü Asif Cabbarov, Maliyyə İdarəsi ilk partiya təşkilatının sədri Rahim Həsənov, Məşğulluq Mərkəzi ilk partiya təşkilatının sədri Namiq Ağayev çıxış edərək, son on il də həyata keçirilmiş işlər və Azərbaycanın perspektiv inkişafı ilə bağlı vətəndaşlarda müsbət rəy formalaşdığını qeyd ediblər
R.Qasımov

Şərh Yaz