Yaradan əllərə alqış

İsmayıllı şəhəri getdikcə gözəlləşir, abadlaşır. Bunlar xeyirxah adamların əli ilə görülür. Eyni zamanda, şəhərimizdə yaşıllaşma işləri də artıb. Bu işdə hər kəs əlindən gələni edir – ağac əkir, olan yaşıllıqlara qulluq göstərir, onları suvarır. Doğma şəhərimizin abadlaşması, yeni-yeni obyektlərin tikilməsi ölkə prezidenti İlham Əliyevin qayğısı sayəsində mümkün olur. RİH başçısı Mirdaməd Sadıqovun işgüzarlığı hamı tərəfindən rəğbətlə qarşılanır. O, İsmayıllını prezidentin bu qayğısına cavab olaraq daha abad, təmiz və yaraşıqlı görmək istəyir.Yaradan əllərə alqış

İsmayıllı şəhəri getdikcə gözəlləşir, abadlaşır. Bunlar xeyirxah adamların əli ilə görülür. Eyni zamanda, şəhərimizdə yaşıllaşma işləri də artıb. Bu işdə hər kəs əlindən gələni edir – ağac əkir, olan yaşıllıqlara qulluq göstərir, onları suvarır. Doğma şəhərimizin abadlaşması, yeni-yeni obyektlərin tikilməsi ölkə prezidenti İlham Əliyevin qayğısı sayəsində mümkün olur. RİH başçısı Mirdaməd Sadıqovun işgüzarlığı hamı tərəfindən rəğbətlə qarşılanır. O, İsmayıllını prezidentin bu qayğısına cavab olaraq daha abad, təmiz və yaraşıqlı görmək istəyir.
Bu ilin quraqlığı bağ-bağçaya çox ziyan vurdu. Şəhərin Qəzli məhəlləsində bağlar quraqlıqdan məhv olub gedirdi. Təcili tədbirlər görülməsəydi bağlardan əl çəkməli olacaqdıq. Axı bağlar həm də adamların maddi durumuna köməkdir. Bu məsələ ilə əlaqədar aqrar məsələlər üzrə RİH başçısının müavini Həsən Həsənova müraciət etdik. O, öz növbəsində rayon suvarma və meliorasiya idarəsinə lazımi tədbirlər görməyi tapşırdı. Beşikçay deyilən ərazidən Qəzli məhəlləsinə su çıxarıldı. Suvarma və meliorasiya idarəsinin rəisi Fazil Həsənov, idarənin mühəndisi Elşad Mirzəyev işləri səmərəli qurdular, nəticə yaxşı oldu. Burada traktorçu Hilal Güliyevin böyük əməyini qeyd etmək lazımdır. Onların əməyi sayəsində bağlarımız və yaşıllıqlarımız quraqlıqdan məhv olmaqdan xilas oldu.
Bu xeyirxah işdən sonra Qəzli camaatı binəqədililərin “Təmiz şəhərdə yaşa” gələcək öz əlimizdədir” devizinə qoşularaq üzərlərinə düşən işləri layiqincə yerinə yetirəcəkdir. Bu təşəbbüs hamımızın ürəyincədir.
Şəhərimizin təmiz saxlanması, onun abadlaşdırılması hər bir sakinin müqəddəs vəzifəsi olmalıdır. Bu işdən heç kəs kənarda qalmamalıdır. Hər kəs bu işdə rayon rəhbərliyinə köməkçi olmalıdır. El bir olsa, dağı dağ üstə qoymaq mümkündür. Mən bir daha Qəzli camaatı adından və öz adımdan prezidentimizə, yerli orqanların rəhbərlərinə, meliorasiya işçilərinə minnətdarlığımızı çatdırıram. Qoy quran, yaradan əlləriniz var olsun.
Cavanşir Sadıqov

Şərh Yaz