İsmayıllı gənclərinin III yay toplantısı

29 avqust 2014-cü il tarixdə rayon Gənclər Mərkəzində İsmayıllı İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı gənclərinin III yaya toplantısı keçirilib.
İsmayıllı gənclərinin III yay toplantısıİsmayıllı gənclərinin III yay toplantısı

29 avqust 2014-cü il tarixdə rayon Gənclər Mərkəzində İsmayıllı İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı gənclərinin III yaya toplantısı keçirilib.
Toplantıda İsmayıllı İnnovasiyalar Mərkəzinin aktiv gəncləri – Radə Ağayeva, Qönçə Ağazadə, Zeynəb Mehdiyeva, Valeh Əliyev, Asiman Səfayev, Şövqi Əhmədov, Elxan Qəniyevlə yanaşı, rayonun ictimai-siyasi həyatında fəal olan 50-yə yaxın gənc iştirak edib.
İsmayıllı gənclərinin III yay toplantısı
Tədbir məşhur müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başlayıb. Azərbaycanın Milli Qəhrəmanı, tanınmış jurnalist Çingiz Mustafayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov son dövrlər gənclərin rayonda aparıcı qüvvələrdən birinə çevrildiyini, müxtəlif idarə və müəssislərdə vəzifələrə cəlb edildiyini deyib.
İsmayıllı gənclərinin III yay toplantısı
Fəal gənclərdən Xəyalə Ağazadə, Lalə Rəsulova, Dilarə Rəsulova, Nərmin İslamzadə, Elmi Məmmədli, Teymur Əziz, Sübhü Mikayılzadə, Elvin Əlizadə, İslam Abbaszadə, Şamxal Abdulov ideya və maraqlı təkliflərlə çıxış ediblər.
İsmayıllı gənclərinin III yay toplantısı
Tədbirdə “İsmayıllı – gənclərin gözü ilə” mövzusunda sorğu aparılıb. Sonda Teymur Əzizin ifasında “İsmayıllı” mahnısı səslənib.
Gülnar Mikayılova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodsiti

Şərh Yaz