Yaddas kitabcasi

2014-cü ilin birinci yarım ilində İsmayıllı bələdiyyəsinin gördüyü işlər barəsində

2014-cü ilin birinci yarım ili İsmayıllı bələdiyyəsi üçün digər dövrlərdən fərqlənən bir mərhələ olmuşdur. Bələdiyyələr yaranandan İsmayıllı bələdiyyəsinə NK- nin qərarı ilə dövlət mülkiyyətində olan inzibati binadan 220 kvadratmetr yer verilmişdir. Binanın qalan hissəsi digər dövlət və qeyri-dövlət təşkilatlarının istifadəsində olduğu üçün şəhər mərkəzində yerləşən baxımsız bir münasibət formalaşmışdır, belə ki, binanın daxilində, fasadında da dam örtüyündə aşınmalar getmişdir. Şəhər ərazisində gedən quruculuq və abadlıq işlərinin fonunda yerləşdiyimiz bina ümümən şəhərin görünüşünə xələl gətirdi. RİH- nin başçısı cənab M.Sadıqovun tövsiyə və köməkliyi əsasında qısa müddət ərzində binanın 384 kvadratmetr dam örtüyü yenilənmiş, 615 kvadratmetr fasada aqlay vurulmuşdur. Binanın daxili – dəhliz və iş otaqları yüksək keyfiyyətlə təmir olunmuşdur. Binanın ətrafında yeni yaşıllıq zolağı salınmışdır ki, bu da ərazinin görkəmini büsbütün dəyişmişdir. Görülən işlərin yüksək səviyyədə alınmasına görə bələdiyyənin nəzdində fəaliyyət göstərən İsmayıllı Təmir-Tikinti Xidmət İdarəsinin işindən razılıqla danışmaq olar. İcrasına nail olduğumuz abadlıq-quruculuq işlərinin əksərini bu idarə həyata keçirir. Sadalanan işlərin gerçəkləşməsi üçün bələdiyyə büdcəsindən 62 min 227 manat vəsait xərclənmişdir. Yeri gəlmişkən, qeyd edək ki, həmin binanın İsmayıllı bələdiyyəsinin balansına verilməsi üçün RİH-nə müraciət etmişik və ümid edirik ki, müraciətimizə müsbət cavab veriləcəkdir.

2014-cü ilin birinci yarım ilində İsmayıllı bələdiyyəsinin gördüyü işlər barəsində2014-cü ilin birinci yarım ilində İsmayıllı bələdiyyəsinin gördüyü işlər barəsində

2014-cü ilin birinci yarım ili İsmayıllı bələdiyyəsi üçün digər dövrlərdən fərqlənən bir mərhələ olmuşdur. Bələdiyyələr yaranandan İsmayıllı bələdiyyəsinə NK- nin qərarı ilə dövlət mülkiyyətində olan inzibati binadan 220 kvadratmetr yer verilmişdir. Binanın qalan hissəsi digər dövlət və qeyri-dövlət təşkilatlarının istifadəsində olduğu üçün şəhər mərkəzində yerləşən baxımsız bir münasibət formalaşmışdır, belə ki, binanın daxilində, fasadında da dam örtüyündə aşınmalar getmişdir. Şəhər ərazisində gedən quruculuq və abadlıq işlərinin fonunda yerləşdiyimiz bina ümümən şəhərin görünüşünə xələl gətirdi. RİH- nin başçısı cənab M.Sadıqovun tövsiyə və köməkliyi əsasında qısa müddət ərzində binanın 384 kvadratmetr dam örtüyü yenilənmiş, 615 kvadratmetr fasada aqlay vurulmuşdur. Binanın daxili – dəhliz və iş otaqları yüksək keyfiyyətlə təmir olunmuşdur. Binanın ətrafında yeni yaşıllıq zolağı salınmışdır ki, bu da ərazinin görkəmini büsbütün dəyişmişdir. Görülən işlərin yüksək səviyyədə alınmasına görə bələdiyyənin nəzdində fəaliyyət göstərən İsmayıllı Təmir-Tikinti Xidmət İdarəsinin işindən razılıqla danışmaq olar. İcrasına nail olduğumuz abadlıq-quruculuq işlərinin əksərini bu idarə həyata keçirir. Sadalanan işlərin gerçəkləşməsi üçün bələdiyyə büdcəsindən 62 min 227 manat vəsait xərclənmişdir. Yeri gəlmişkən, qeyd edək ki, həmin binanın İsmayıllı bələdiyyəsinin balansına verilməsi üçün RİH-nə müraciət etmişik və ümid edirik ki, müraciətimizə müsbət cavab veriləcəkdir.
Bundan əlavə, yaşayış məntəqələri arasındakı yollara 800 kubmetr çınqıl tökülmüş, 1300 metr yol abadlaşdırılmışdır. Şəhərdaxili yolların bərpasına 2100 manat bələdiyyə vəsaiti xərclənmişdir.
Ötən yarım il ərzində şəhər ərazisində ekoloji vəziyyət nəzarətdə saxlanılmış, məişət tullantılarının təmizlənməsi üçün bələdiyyə büdcəsindən 500 manat vəsait xərclənmişdir.
Sosial problemlərə də diqqət yetirilmişdir. Belə ki, bələdiyyəyə müraciət edən 9 nəfər vətəndaşa 900 manat həcmində yardım edilmişdir, dəfn mərasimlərinə 200 manat yardım olunmuşdur. Rayonda Gənclər gününün keçirilməsində bələdiyyə yaxından iştirak etmiş, tədbirin keçirilməsinə 4950 manat vəsait xərclənmişdir. Gənclər arasında keçirilən futbol yarışlarında qalib komandalarının mükafatlandırılmasına 550 manat vəsait ayrılmışdır. Ümumilikdə bələdiyyəyə daxil olan 71 min 427 manatı abadlıq və sosial problemlərin həllinə, 49 min 617 manatı isə bələdiyyə aparatının saxlanmasına xərclənmişdir
Hesabat dövründə ən məsul işlərdən biri də biçin kompaniyasının uğurla və təhlükəsiz başa çatdırılmışdır. 1600 hektardan artıq sahədə taxıl biçilmişdir. Sahələrdə heç bir yanğın hadisəsi baş verməmişdir. Ərazilərə nəzarət bu gün də davam edir, çünki baş verəcək yanğın ətraf mühitə ciddi ziyan vura bilər. Bunun üçün komissiya yaradılmış və qrafik tərtib olunmuşdur.
2014-cü ilin birinci yarım ilində İsmayıllı bələdiyyəsinin gördüyü işlər barəsində
Hesabat dövründə bələdiyyəyə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər olunmuş və hər bir müraciətə vaxtında cavab verilmişdir. Müraciətlərin daha çox hissəsi vətəndaşların üzləşdiyi sənədləşmə problemidir ki, bunlar da daha çox əladəqar təşkilatlarla bağlı olur.
2014-cü ilin I yarısında bələdiyyənin gəlirləri 105 min manat planlaşdırıldığı halda faktiki mədaxil 102,339 manat olmuşdur. Keçən ildən isə 18978 manat qalıq olmuşdur.
Bələdiyyənin hesabına 12375 manat torpaq vergisi, 2959 manat əmlak vergisi, 72921 manat torpaq satışından vəsait daxil olmuşdur. Reklam lövhələrinin icarəsindən 1500 manat, sanitar qovşağından 600 manat gəlir olmuşdur. Hesabat dövründə bələdiyyənin xərcləri 105 min manat əvəzinə 121044 manat təşkil etmişdir, bu da proqnoza 115 faiz əməl etmək deməkdir. Ayrı-ayrılıqda isə torpaq vergi proqnozuna 96 faiz, əmlak vergi proqnozuna 57 faiz torpaq satışı proqnozuna -121 faiz, icarə haqqı proqnozuna 74 faiz əməl olunmuşdur.
Fəaliyyətimiz davam edir, bundan sonra da bələdiyyə olaraq qarşımızda duran vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq. İsmayıllı şəhəri ərazisindəki bütün daxili yollar tərəfimizdən ölçülmüş, bərpa olunacaq yolların planı hazırlanmışdır.
Çalışacağıq ki, yeni dərs ilinə kimi yollarımızı bərpa edək.
Fəqan Məmmədov,
İsmayıllı bələdiyyəsinin sədri

Şərh Yaz