Yaddas kitabcasi

İsmayıllı bələdiyyəsinin hesabat yığıncağı

İyul ayının 31-də İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında İsmayıllı bələdiyyəsinin 2014-cü ilin birinci yarım ilinə həsr olunan hesabat yığıncağı keçirilib.
Hesabatda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Həsən Həsənov və Mahmud Süleymanov iştirak ediblər.
Yığıncaqda il ərzində görülən işlər barəsində bələdiyyə sədri Fəqan Məmmədovun məruzəsi dinlənilib. Görülən işlərlə yanaşı, mövcud problemlər də diqqətə çatdırılıb.
RİH başçısının müavini Həsən Həsənov çıxış edərək bildirib ki, 2014-cü ilin birinci yarım ili İsmayıllı bələdiyyəsi üçün digər dövrlərdən fərqlənən mərhələ olub. “Bu müddət ərzində diqqət çəkən və təqdirəlayiq işlər həyata keçirilib. Qazanılan uğurlar hər birimizi sevindirir. Lakin, yaranan problemlərin həll edilməsi, narazılıqların aradan qaldırılması üçün daha səylə çalışmaq lazımdır”.

RİH başçısının İsmayıllı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əhmədov görülən işlərin miqyasının genişləndiyini diqqətə çatdırıb.
Bələdiyyə yanında Yerli Sosial Məsələlər daimi komissiyasının sədri Şahməmməd Soltanov ötən ilin ilk yarım ili ilə müqayisədə 2014-cü ilin 6 ayında komissiyaya müraciət edənlərin sayının azaldığını deyib. Komissiya sədri bunu əhalinin rifah halının yaxşılaşması ilə əlaqələndirib.
Hesabatda şəhər sakinləri – Heybət Balayev, Cavanşir Sadıqov, Əli Nağıyev, Cəbrayıl Mustafayev, İnqilab Həsənov görülmüş işlərə görə razılıqdan sonra onları narahat edən problemləri səsləndiriblər. Qeyd edilən problemlərin aradan qaldırılması yolları müzakirə edilib.
Sonda İsmayıllı bələdiyyəsinin sədr müavini Qüdrət Kazımov hesabat yığıncağında qəbul edilən qərar layihəsini oxuyub.
Ç.Bəhərçinli

Şərh Yaz