Yaddas kitabcasi

Təbrik

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini, cərrah-otolorinqoloq İsmayılov
İsrayıl Cəbrayıl oğlu rayonda səhiyyənin inkişafındakı xüsusi xidmətlərinə görə və anadan olmasının 60 illiyi münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif edilib.

TəbrikTəbrik

Bu münasibətlə Rayon Mərkəzi Xəstəxanasında RİH başçısının müavini Sevil Əhmədovanın iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən S.Əhmədova ölkədə və rayonda səhiyyə işçilərinə göstərilən diqqət və qayğıdan danışıb, RİH başçısı Mirdaməd Sadıqovun təbriklərini yubilyara çatdırıb.
Təbrik
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov və İsrayıl həkimin həmkarları onu ad günü münasibətilə təbrik edib, həkimlik peşəsinin ağır yükünü çiyinlərində şərəflə daşıdığını vurğulayıblar.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Ç.Bəhərçinli

Şərh Yaz