Yaddas kitabcasi

Lahıc qəsəbəsində körpü açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq İsmayıllının perspektiv inkişaf planı hazırlanmış, problemlərin həlli yolları, icraçılar müəyyənləşdirilmişdir.
Proqramın həyata keçirilməsində icra strukturları və dövlət maliyyə orqanları ilə yanaşı qeyri-hökumət təşkilatları, iş adamları və xeyirxah insanlar da iştirak edirlər.
İşə belə yanaşma qədim Lahıcda sakinləri razı salan nəticə vermişdir.

Lahıc qəsəbəsində körpü açılışıLahıc qəsəbəsində körpü açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq İsmayıllının perspektiv inkişaf planı hazırlanmış, problemlərin həlli yolları, icraçılar müəyyənləşdirilmişdir.
Proqramın həyata keçirilməsində icra strukturları və dövlət maliyyə orqanları ilə yanaşı qeyri-hökumət təşkilatları, iş adamları və xeyirxah insanlar da iştirak edirlər.
İşə belə yanaşma qədim Lahıcda sakinləri razı salan nəticə vermişdir.
Lahıc qəsəbəsində körpü açılışı
Lahıc qəsəbəsi ilə Ərəgiti Lülö dərəsindən axan çay tarixən ayırıb. Xeyirxah insanlar sonradan orda körpü tikmişdilər. 1963-cü ildə körpünü sel aparmış və 1964-cü ildə yenə də xeyirxah, mərhəmətli insanların birgə iştirakı ilə bərpa olunmuşdu.
Ötən illərdə dağ çayının mütəmadi selləri körpünü yararsız hala gətirmişdi. Rayon İcra Hakimiyyətinin rəhbərliyi Lahıcda xeyriyyəçiliklə məşğul olan əslən lahıclı iş adamları ilə məsləhətləşmədən sonra tikintiyə başlandı və tez də körpü hazır oldu.
4 iyul 2014-cü il tarixində körpünün açılışı oldu. Lahıcın qədim tarixi ilə fəxr edərək sevinənlər açılışa gəlmişdilər.
Lahıc bələdiyyəsinin sədri Rəfiqə İsmayılova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamladı.
Lahıc qəsəbəsində körpü açılışı
Lahıcın qocaman sakini, ömrünü çoxsaylı nəsillərin yetişməsinə sərf etmiş, qəsəbənin tarixi barədə ensiklopedik biliyə malik Ənvər Balayev çıxış etdi. Körpünün tikintisində əməyi olan hər kəsə təşəkkürünü çatdırdı.
Millət vəkili, bütün nailiyyətlərin əldə olunmasında fəal iştirak edən, həmişə seçicilərinin yanında olan Novruzəli Aslanov sakinləri təbrik etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək regionların, rayonların, hər bir kəndin inkişafı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gördüyü qlobal işlərdən danışdı, xeyirxah insanlara təşəkkür etdi, rayonun sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyini, sosial həyatın daha da zənginləşəcəyini dedi. Qəsəbənin girəcəyindən başlanan abadlıq, quruculuq işlərinin Lahıc memarlığına uyğun davam etdiriləcəyini bildirdi. Müqəddəs Ramazan ayı münasibətilə açılışa gələnləri təbrik etdi.
Həmişə rəsmiyyətdən uzaq olan, hər yerdə, hər şəraitdə arzu, təklif və söz demək istəyən insanları dinləyən RİH-nin başçısı Mirdaməd Sadıqov burada da belə etdi. Açılışdan sonra arzu edən hər bir sakini dinlədi, aid məsul işçilərə tapşırıqlar verdi.
Körpüdən ilk olaraq ağsaqqallar, ağbirçəklər keçdilər.
Bu açılış onu göstərdi ki, yerini, yurdunu sevən insanlar xeyirxahlıq yolundadırlar.
V.Salehov

Şərh Yaz