Yaddas kitabcasi

Uğurların əsas qayəsi

3 iyul 2014-cü il tarixdə YAP İsmayıllı rayon təşkilatında cari ilin ilk 6 ayında görülən işlərin yekunlarına dair Şura iclası keçirilib. Tədbirdə YAP İsmayıllı rayon təşkilatının Şura üzvləri, partiya veteranları və gənc partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə Azərbaycanda sosial-iqtisadi intibah dövrü kimi tarixə düşdüyünü qeyd edib. O bildirib ki, bu müddət ərzində Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş, ölkəmiz dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmiş, dövlətimizin beynəlxalq aləmdə, dünya birliyində mövqeyi daha da möhkəmlənmişdir. Həyatımızda baş verən ciddi, müsbət dəyişikliklər ulu öndər Heydər Əliyev siyasi kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, əhalinin sosial-rifah halının daha da yüksəlməsi dayanır. Əldə olunan uğurların əsas qayəsi ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıqdır.

Daha sonra YAP İsmayıllı rayon təşkilatının Şura üzvləri İsmayıl Tarıverdiyev, Murad Həbibov, Vidadi Zərbiyev, Zaur Muradov, YAP Qadınlar Şurası sədrinin müavini Gülnar Mikayılova, ərazi ilk partiya təşkilatı sədrləri Fuad Məmmədəliyev, Qalib Nəbiyev və başqaları çıxış edərək prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər bir regionunda olduğu kimi, rayonumuzda da tikinti-quruculuq, abadlıq işlərinin ildən-ilə geniş miqyas almasından, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə yeni iş yerlərinin açılmasından danışıblar.
Çıxış edənlər Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezidentin liderlik keyfiyyətlərindən, ölkəmizin güclənməsi və qüdrətlənməsi, inkişafı naminə apardığı uğurlu, siyasətindən qürur duyduqlarını, bundan fəxarət hissi keçirdiklərini bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz