Yaddas kitabcasi

Təkrar qəbul-görüşlər

Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov orada təkrar qəbul-görüşlər keçirməsin. 9 iyul 2014-cü il tarixdə Gəndov kəndinə də təkrar qəbul-görüş olub. Rayon ərazisində görülən işlərin, həyata keçirilən yeni-yeni layihələrin şahidi olan gəndovlular Mirdaməd müəllimin qəbuluna böyük inam və ümidlə gəldiklərini söyləyiblər.
Təkrar qəbul-görüşlərTəkrar qəbul-görüşlər
Təkrar qəbul-görüşlər
Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov orada təkrar qəbul-görüşlər keçirməsin. 9 iyul 2014-cü il tarixdə Gəndov kəndinə də təkrar qəbul-görüş olub. Rayon ərazisində görülən işlərin, həyata keçirilən yeni-yeni layihələrin şahidi olan gəndovlular Mirdaməd müəllimin qəbuluna böyük inam və ümidlə gəldiklərini söyləyiblər.
Arzu, təklif və şikayətlərdən öncə Baləmi Mikayılov və Baloğlan Mikayılov çıxış edərək, bugünkü həyatları üçün, sosial-iqtisadi inkişafda daim İsmayıllıya yardımçı olduğu üçün prezident İlham Əliyevə minnətdarlıq ediblər. Onlar çıxışlarında Gəndovda yaşasalar da, ölkədə, İsmayıllıda gedən proseslərdən məlumatlı olduqlarını bildirib, bir vətəndaş kimi, görülən işlərə çox böyük qiymət verib, yaxşı işləri, eləcə də yaxşı işi görənləri yaxşı da dəyərləndirməyi bacardıqlarını söyləyiblər.
Ə.Mürsəlova rayon İcra Hakimiyyəti başçısından vəfat etmiş ərindən qalan evinin onun adına sənədləşdirilməsi işində ona köməklik göstərilməsini xahiş edib.
Görüşdə daşınmaz əmlakın reyestr xidməti ilə bağlı şikayət və suallar üstünlük təşkil edib. RİH-nin başçısı kənd sakinlərinin hüquqi maarifləndirilməsi, qaldırılan məsələlərin həllində onlara qanuni əsasda köməklik göstərilməsi barədə aid strukturlara tapşırıqlar verib.
Ünvanlı sosial yardım, enerji təchizatı və məktəb tikintisi ilə bağlı suallara da cavabdeh təşkilat rəhbərlərinin iştirakı ilə obyektiv cavablar verilib, tədbirlər müəyyənləşdirilib.
Yekunda bir aydan sonra qəbul zamanı qaldırılan məsələlərin həlli nəticələri barəsində kənd sakinlərinə məlumat veriləcəyi qərara alınıb.
V.Salehov

Şərh Yaz