Örnək olan ömür

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tarixçi –alim Aydın Səlimzadənin anım gününün keçirilməsi təşəbbüsündə olan gənc, fəal, yaradıcı ziyalılarla görüşüb. Tədbir iştirakçıları gənc yaşlarında sıralarımızdan gedən, lakin yaddaqalan işlər görməklə mənalı və örnək ola bilən qısa bir ömür yaşamış A.Səlimzadəni ehtiramla xatırlayıb, xatirəsini əbədiləşdirmək üçün müzakirələr aparıblar. Başçı bu qəbildən olan tədbirlərin əhəmiyyətindən, və mütəmadi keçirilməsinin vacibliyindən danışıb.
Örnək olan ömürÖrnək olan ömür

İrəli sürülən təkliflərdən biri “Aydın fondu”nun yaradılması olub. Təhsildə və yaradıcılıq sahəsində fərqlənən məktəbli və gənclərə həmin fondun mükafatının verilməsi müzakirə mövzusu olub.
Tədbirdə həmçinin keçirilməsi iyul ayının 2-ə təyin olunmuş anım gününün təşkilat komitəsi müəyyən edilib. Təşkilat komitəsi görüləcək işləri müzakirə edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz