Milli-mənəvi dəyərlərin nümayiş yeri

Tariximizin şərəfli bir dövrü Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq və dövlət qarşısındakı əvəzsiz xidmətləri nəzərə alınaraq, paytaxt Bakı ilə yanaşı, bölgələrdə də dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm işlər görülmüşdür. İsmayıllı rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun həyat və fəaliyyətinin, xalqımız qarşısındakı xidmətlərinin öyrənilməsi və gələcək nəsilə çatdırılması məqsədi ilə 2008-ci ildə sahəsi 2190 kvadratmetr olan müassir arxitekturalı, möhtəşəm Heydər Əliyev Mərkəzi inşa edilmişdir. Mərkəzin rəsmi açılışı 2009-cu ilin oktyabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə olmuşdur.
Milli-mənəvi dəyərlərin nümayiş yeriMilli-mənəvi dəyərlərin nümayiş yeri

Mərkəzdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rəssamlıq, şahmat, heykəltaraşlıq, ”Bacarıqlı əllər” dərnəkləri fəaliyyət göstərir. Şahmat dərnəyi şahmatla məşğul olmaq istəyən uşaqların inkişafına həm intellektual, həm də şəxsi müstəvidə böyük təkan verir. Şahmat uşaqlara sevinc bəxş etməklə yanaşı, onların əqli inkişafı üçün də aktiv və effektiv vasitədir. Dərnək rəhbərləri Ramil Cavadov və Cahangir Niftəliyev də şagirdlərdə bu idman növünə marağı artırır. Sevindirici haldır ki, şagirdlərimiz dəfələrlə respublika üzrə keçirilən müsabiqələrdə böyük nailiyyətlər əldə etmiş və İsmayıllımızı şərəflə təmsil etmişlər.
Rəssamlıq dərnəyinin gənc rəssamların qabiliyyətlərinin inkişafına kömək edir. İstedadlı şagirdlərin yaratdıqları gözəl rəsm əsərləri muzeyin sərgi salonunda yerləşdirilir. Dərnək rəhbəri Əlixan Soltanov öz şagirdləri ilə birgə rayon və respublika üzrə müstəvidə də dəfələrlə iştirak etmiş və yüksək nailiyyətlər əldə etmişlər.
“Bacarıqlı əllər” – şagirdlərimizin dünyagörüşünün formalaşmasına xidmət edir. Müxtəlif toxumlar, quramalar, muncuqlardan, rəngarəng saplardan hazırlanmış əl işləri buraya seyrə gələnləri heyran edir. Onu da qeyd edək ki, bu günə kimi həmin əl işlərindən 32 ölkənin nümayəndələrinə hədiyyə kimi təqdim olunmuşdur.
Mərkəzdə həmçinin Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 3 ekspozisiya zalı vardır ki, zalda dahi şəxsiyyətlə bağlı filmlər izləmək üçün iki iri həcmli monitor quraşdırılmışdır. Ekspozisiyanın tərtibatı və planı Heydər Əliyev Fondu tərəfindən verilmişdir. Ulu öndərin həyatı və xalq qarşısındakı xidmətləri ilə tanış olmaq məqsədi ilə hər gün onlarla insan Mərkəzə üz tutur.
Təqdim olunan materiallardan da görünür ki, müasir, müstəqil Azərbaycan Dövlətinin banisi Heydər Əliyevin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətimizin dəyərlər sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. Mərkəzin nəzdində fəaliyyət göstərən ”Heydər Əliyev – İsmayıllı” adlı tədqiqat qrupunun yaranmasına zərurət ümummilli liderə ümumxalq sevgisi ilə bağlıdır. Məramımız Ulu öndərin İsmayıllı rayonunun inkişafındakı töhfələrini xalqımıza çatdırmaq və Ümummilli liderimizin rayonumuzun inkişafındakı müstəsna əməyini gələcək nəslə mənimsətmək və tarixdə yaşatmaqdır.
Uşaqlar və böyüklərin nəsilin vaxtlarını səmərəli keçirmələrinə, gənc nəsilin yüksək səviyyədə bilik qazanmalarına xidmət üçün Mərkəzdə 6000 nüsxəyə yaxın kitabı olan böyük kitabxana, elektron kitabxana, xarici dil və kompyuter kursları fəaliyyət göstərir. Kitabxanada Azərbaycan dili ilə yanaşı, bir sıra xarici dillərdə də kitab, jurnal və DVD, CD-lər yerləşdirilmişdir. Əlavə olaraq onu da qeyd edək ki, yaxın zamanlarda Mərkəzdə gənclər üçün “Liderlik kursları” ının da fəaliyyəti nəzərdə tutulub. Bununla əlaqədar olaraq, saytımızda ( www.irhe-merkez.cf ) geniş elan yerləşdirilmişdir. Rayonumuzda orijinal üslubda inşa edilən Heydər Əliyev Mərkəzi Azərbaycanın milli-mənəvi dəyərlərinin zənginliyini nümayiş etdirmək baxımından da çox mühüm əhəmiyyət kəsb edir.
Milli-mənəvi dəyərlərin nümayiş yeri
Şəkər Hacıyeva,
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru

Şərh Yaz