Qarşılıqlı razılıq

Basqal qəsəbəsində İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevin, rayonun xidmət idarələrinin nümayəndələrinin iştirakı ilə sakinlərlə səyyar görüş keçirilib. Qəbulda vətəndaşlar fərdi qaydada qəbul ediliblər. Qəbula gələnlər şəxsi istək və arzularını qəsəbənin əsas problemlərini rayon rəhbərliyinə çatdırıblar.

Görüşün iştirakçısı, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov qəbuldan sonra məktəbimizdə olub.
Dərs ili başa çatdıqdan sonra məktəbin bütün sinif otaqları pedaqoji kollektivin təşəbbüsü və səyi nəticəsində cari təmir olunub. Məktəb yeni tədris ilinə hazır vəziyyətə gətirilib. Görülmüş işlər, müəllimlərimizin fəaliyyəti razılıqla qarşılanıb.
Yeganə Ağayeva,
məktəbin tədris işləri üzrə direktor müavini

Şərh Yaz