İlk yardım təlimi

27 iyun 2014-cü il tarixdə İsmayıllı şəhərinin mərkəzi meydanında Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ilk yardımla bağlı təlim keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri ilə yanaşı bir çox idarə və təşkilatların nümayəndələri də iştirak edib.
İlk yardım təlimiİlk yardım təlimi
İlk yardım təlimi
27 iyun 2014-cü il tarixdə İsmayıllı şəhərinin mərkəzi meydanında Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ilk yardımla bağlı təlim keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri ilə yanaşı bir çox idarə və təşkilatların nümayəndələri də iştirak edib.
Tədbiri giriş sözü ilə AzQAC İsmayıllı rayon bölməsinin könüllüsü Çinarə Bəhərçinli açıb, keçirilən tədbirin mahiyyəti haqqında məlumat verib.
Təhlükəsiz və möhkəm icmaların qurulması layihəsinin koordinatoru Elşən Səlimzadə ilk yardım təlimi ilə bağlı öz düşüncələrini iştirakçılarla bölüşüb.
Təlim AzQAC-ın İlk yardım sektorunun rəhbəri Şahin Biləndərli tərəfindən keçirilib. Şahin həkim ilk yardım nəzəriyyəsi ilə yanaşı, təcrübi hissəyə də geniş yer ayırıb, maniken və əyani vəsaitlərdən istifadə edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz