Bilik qələbəyə aparan yoldur

Yüksəlişə doğru gedən yollar həmişə təhsildən keçir. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, fəaliyyətimizi itnernetsiz, kompyutersiz təsəvvür etmək çətindir. Bu biliklərin öyrədilməsi təhsil müəssisələrindən başlanır. Gənc nəslin elmi biliklərə yiyələnməsində müəllimlərin rolu danılmazdır. Gündən-günə inkişaf edən cəmiyyətdə təhsil özünün ən yüksək pilləsinə çatmışdır. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan, bu gün hörmətli prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatı müəllimləri də ciddi işləməyə, axtarışlar etməyə sövq edir, dərs dedikləri şagirdlərin beynəlxalq, respublika və rayon yarışlarına qoşulmasına imkan yaradır. Tədris üsulları təkmilləşdirilir, elektronlaşdırılır. Məktəbimizin müəllimləri və şagirdləri də bu müasirliyi mənimsəməyə, ümumi inkişafa qoşulmağa səy göstərirlər. Məktəbimizin gənc riyaziyyat və informatika müəllimi Ayşən Əliyevanın öz fənninə olan marağı, bu sahədə malik olduğu bilik və bacarıqları kollektivimiz həmişə yüksək qiymətləndirir. Onun şagirdlərlə mehriban ünsiyyəti, sinifdə dərs qurma bacarığı, şagirdlərlə işləmə üsulları bizi sevindirir. Onun uğurlu işi ilə bağlı bu yaxınlarda kollektivimiz sevindirici xəbər aldı: aprel ayının ikinci yarısında VI sinif şagirdləri arasında “ALPLoqo mühitində proqramlaşdırma -2014” müsabiqəsinə qoşularaq yüksək nəticə əldə etmişdilər. Bilik qələbəyə aparan yoldur

Yüksəlişə doğru gedən yollar həmişə təhsildən keçir. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, fəaliyyətimizi itnernetsiz, kompyutersiz təsəvvür etmək çətindir. Bu biliklərin öyrədilməsi təhsil müəssisələrindən başlanır. Gənc nəslin elmi biliklərə yiyələnməsində müəllimlərin rolu danılmazdır. Gündən-günə inkişaf edən cəmiyyətdə təhsil özünün ən yüksək pilləsinə çatmışdır. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan, bu gün hörmətli prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatı müəllimləri də ciddi işləməyə, axtarışlar etməyə sövq edir, dərs dedikləri şagirdlərin beynəlxalq, respublika və rayon yarışlarına qoşulmasına imkan yaradır. Tədris üsulları təkmilləşdirilir, elektronlaşdırılır. Məktəbimizin müəllimləri və şagirdləri də bu müasirliyi mənimsəməyə, ümumi inkişafa qoşulmağa səy göstərirlər. Məktəbimizin gənc riyaziyyat və informatika müəllimi Ayşən Əliyevanın öz fənninə olan marağı, bu sahədə malik olduğu bilik və bacarıqları kollektivimiz həmişə yüksək qiymətləndirir. Onun şagirdlərlə mehriban ünsiyyəti, sinifdə dərs qurma bacarığı, şagirdlərlə işləmə üsulları bizi sevindirir. Onun uğurlu işi ilə bağlı bu yaxınlarda kollektivimiz sevindirici xəbər aldı: aprel ayının ikinci yarısında VI sinif şagirdləri arasında “ALPLoqo mühitində proqramlaşdırma -2014” müsabiqəsinə qoşularaq yüksək nəticə əldə etmişdilər. Müsabiqə iştirakçılarına 20 dəqiqə ərzində 3 məsələnin proqramını tərtib etmək təklif olunurdu. Təklif olunan tapşırıqların həlli şagirdlərdən “LOQO” dilinin əsas komandaları ilə işləmək bacarıqlarının, məntiqi təfəkkür və həndəsi təsəvvürlərin olmasını tələb edirdi.
Məktəbimizin iki şagirdi – Fərid Gərayev və Camal Kərimov həmin müsabiqəyə qoşuldular. Onlar müsabiqədə fərqlənərək qalib oldular. Şagirdlərin hər birinə və fənn müəllimi Ayşən Əliyevaya sertifikat verilib.
Ayşən müəllim çox cavandır. Onu gələcəkdə çoxlu nailiyyətlər gözləyir. Onun bu qələbəsi isə bizi çox sevindirir. Biz onlara yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Arzu edirik ki, yeni-yeni qələbə soraqları ilə müəllim və şagird kollektivini sevindirsinlər.
Gilas Musayeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin direktor müavini

Şərh Yaz