İcma Əsaslı Turizmin İnkişafina Yönəlik Təşəbbüslərin Dəstəklənməsi

Avropa İttifaqının “Azərbaycanda regionların və kənd yerlərinin inkişafı sahəsində yerli təşəbbüslərin dəstəklənməsi” Proqramı çərçivəsində “İcma Əsaslı Turizmin İnkişafina Yönəlik Təşəbbüslərin Dəstəklənməsi” adlı layihə üzrə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi İsmayıllı rayonu “Green House” İstirahət Kompleksində 17-20 iyun 2014-cü il tarixində İsmayıllı, Şamaxı, Lənkəran, Masallı və Lerik rayon Peşə Məktəblərindən seçilən 12 nəfər əməkdaşa və bu sətirlərin müəllifinə “Təlimçilər üçün Təlim” (TOT) kursu keçirilmişdir.
İcma Əsaslı Turizmin İnkişafina Yönəlik Təşəbbüslərin Dəstəklənməsi

Avropa İttifaqının “Azərbaycanda regionların və kənd yerlərinin inkişafı sahəsində yerli təşəbbüslərin dəstəklənməsi” Proqramı çərçivəsində “İcma Əsaslı Turizmin İnkişafina Yönəlik Təşəbbüslərin Dəstəklənməsi” adlı layihə üzrə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi İsmayıllı rayonu “Green House” İstirahət Kompleksində 17-20 iyun 2014-cü il tarixində İsmayıllı, Şamaxı, Lənkəran, Masallı və Lerik rayon Peşə Məktəblərindən seçilən 12 nəfər əməkdaşa və bu sətirlərin müəllifinə “Təlimçilər üçün Təlim” (TOT) kursu keçirilmişdir. Təlimdən sonra əməkdaşlara təlimçi statusu verən sertifikatlar təqdim olunmuşdur.
Bu təlimçilər iyul ayından etibarən layihədə nəzərdə tutulan təlim və məsləhət xidmətlərinə cəlb olunacaqlar. Təlimçilərin əsas rolu gənclərə təhsil və iş imkanları haqqında məlumat vermək, o cümlədən karyerasını turizm və qonaqpərvərlik sektorunda qurmaq və inkişaf etdirmək istəyən gənclərə məsləhət xidməti göstərməkdən ibarətdir.
Tərlan Mursalov

Şərh Yaz