İsmayıllıda turizmin inkişafı

Azərbaycanın mirvarisi olan İsmayıllı Respublikanın ən dilbər guşələrindən biridir. İsmayıllının gözəl təbiəti, iqlimi, təbii bulaqları, şəlalələri, çayları, gölləri, meşələri, dağları və s. ilə hər kəsi özünə valeh edir.
Rayonda turizmin inkişaf etdirilməsinə diqqət artırılmış, 2012-ci ilin yanvarından rayon Mədəniyyət və Turizm Şöbəsinin daxili imkanları hesabına Turizm İnformasiya Mərkəzi yaradılmışdır.

İsmayıllıda turizmin inkişafı
İsmayıllıda turizmin inkişafı

Azərbaycanın mirvarisi olan İsmayıllı Respublikanın ən dilbər guşələrindən biridir. İsmayıllının gözəl təbiəti, iqlimi, təbii bulaqları, şəlalələri, çayları, gölləri, meşələri, dağları və s. ilə hər kəsi özünə valeh edir.
Rayonda turizmin inkişaf etdirilməsinə diqqət artırılmış, 2012-ci ilin yanvarından rayon Mədəniyyət və Turizm Şöbəsinin daxili imkanları hesabına Turizm İnformasiya Mərkəzi yaradılmışdır.
İsmayıllıda turizmin inkişafı
Turizm İnformasiya Mərkəzi rayon ərazisində olan istirahət mərkəzləri ilə mütəmadi olaraq əlaqə saxlayıb yeni məlumatları öyrənib, rayona gələn turistlərə ətraflı məlumatları çatdırır. Mərkəzin işçisi tərəfindən facebook sosial şəbəkəsində “İsmayıllı Turizm İnformasiya Mərkəzi” adlı səhifə yaradılmış və bu səhifədə rayonun istirahət mərkəzləri haqda geniş məlumatlar əks etdirilmişdir.
Rayona gələn yerli və xarici turistlərə rayon, onun tarixi haqqında geniş məlumatların çatdırılması məqsədilə tədbirlər görülmüş, tarixi yerlər, Lahıc və Basqal Tarix və Mədəniyyət Qoruqlarına ekskursiyalar təşkil olunmuşdur.
Rayona gələn turistlərin statistikası aparılır və bu statistika nəticəsində hər il turistlərin sayında artım müşahidə olunur. Belə ki, 2009-cu ildə 15000, 2010-cu ildə 25000, 2011-ci ildə 59500, 2012-ci ildə 74961, 2013-cü ildə 81845, 2014-cü ilin müvafiq dövründə isə təxminən 20000 turist İsmayıllını səyahət etmişdir.
Şöbənin əməkdaşları, incəsənət və musiqi kollektivləri respublika miqyaslı tədbirlərdə fəallıq nümayiş etdirmiş, XII Ümumrespublika Daxili Turizm Sərgisində iştirak etmiş, rayonun Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda geniş Turizm sərgisi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Millenium Tourism Congress DMC” şirkətinin təşkilatçılığı ilə “Azərbaycanda yeni turist marşrutlarını kəşf edək!” infotur layihəsi əsasında “Qırxotaq əfsanəsi” və “Fit dağı əfsanəsi” turizm marşrutunun təqdimatı keçirilmişdir. Lahıc və Basqal Tarix və Mədəniyyət Qoruqlarına səyahətlər təşkil olunmuşdur.
Respublikanın bütün telekanalları, həmçinin Rusiyanın “Vesti-24”, Türkiyənin “TRT”, “TRT AVAZ” telekanalları tərəfindən İsmayıllının gəzməli-görməli yerləri, tarixi mədəniyyətini əks etdirən filmlər çəkilmişdir.
Hər il rayonda “İsmayıllı günü” bayramı keçirilmiş, tədbirdə rayonumuzun tarixi, mədəniyyəti, bir çox sənətkarlıq nümunələri, folkloru, turizm potensialını əks etdirən sərgilər və s. nümayiş olunmuşdur. Bu ilin 14-16 avqust tarixlərində həmin tədbiri daha da geniş formada “İsmayıllı I Beynəlxalq sənətkarlıq və folklor festivalı” formatında keçirilməsi planlaşdırılmışdır. Festivalda dünyanın 20-dən çox ölkəsi və respublikanın 10-dan çox rayonundan sənətkarlar və folklor qrupları iştirak edəcəkdir.
Cari ilin 26 may -2 iyun tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin dəstəyi ilə dörd ixtisas üzrə 8 rayonun ( Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu ) turizm obyektlərinin işçiləri üçün treninq kurslar keçirilmiş və onlara sertifikatlar verilmişdir.
Son illər rayonumuza gələn turistlərin artım dinamikası, infrastrukturun inkişafı, yolların düzəlməsi, istirahət mərkəzlərində xidmət səviyyəsinin yüksəlməsi, qiymətlərin aşağı düşməsi və s. ilə bağlıdır.
Hər il təkcə Lahıc qəsəbəsinə 40-50 min nəfər turist gəlir ki, onların da təxminən 20-25 faizi xarici turistlərin payına düşür.
Rayonda hal-hazırda 24 istirahət mərkəzi fəaliyyət göstərir ki, onların yataq yerlərinin sayı 1110 çarpayıdır.
Rayonumuzda 202 yerlik “Şeraton” otel tikilir, artıq işlər tamamlanmaq üzrədir.
Rayon ərazisində 233 tarix-mədəniyyət abidəsi mövcuddur ki, bu da rayonumuza gələn turistlərin böyük marağına səbəb olur.
Tərlan Mursalov

Şərh Yaz