Yaddas kitabcasi

Pedaqoji kollektivlərlə görüş


Növbəti dərs ilinin başa çatması və buraxılış imtahanları ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri ilə görüşlər keçirir.
İyun ayının 10-da belə görüşlərdən birincisi İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə reallaşdı. Məktəbin akt zalında keçirilən görüşə 150-dən çox pedaqoji işçi toplaşmışdı.

Pedaqoji kollektivlərlə görüşPedaqoji kollektivlərlə görüş

Növbəti dərs ilinin başa çatması və buraxılış imtahanları ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri ilə görüşlər keçirir.
İyun ayının 10-da belə görüşlərdən birincisi İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə reallaşdı. Məktəbin akt zalında keçirilən görüşə 150-dən çox pedaqoji işçi toplaşmışdı.
Pedaqoji kollektivlərlə görüş
M.Sadıqov dərs ilinin başa çatması və qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə müəllimləri təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Rayon rəhbəri təhsilimizin qarşısında duran vacib məsələlər, rayonda təhsilin inkişafı istiqamətində görüləcək işlər, yaranmış problemlər barədə məlumat verdi. Qeyd etdi ki, 2014-cü il İsmayıllıda Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə innovasiyalar ili elan edilmişdir. İKT-nin tətbiqi baxımından rayonda müəyyən işlərin görüldüyü qeyd edildi. Lakin bunların hələ kifayətləndirici olmadığı diqqətə çatdırıldı.
M.Sadıqov yeni düşüncə tərzinin rayona gətiriləcəyini, bu sahədə gənclərin qüvvəsindən daha çox istifadə ediləcəyini bildirdi.
Görülən işlər, onun inkişaf perspektivləri barədə məlumat verən RİH başçısı qeyd etdi ki, rayonumuzu sivil, müasir, sərbəst bir məkana çevirmək üçün müəllimlərin köməyinə daha çox ehtiyac var. İctimaiyyətin avanqard dəstəsi olan müəllimlər biganəliyi, laqeydliyi kənara qoymalı, əsl vətəndaş mövqeyində durmalıdırlar.
Rayon İcra Hakimiyyətinin başçısı yay tətili müddətində ümumtəhsil müəssisələri tərəfindən “Yay məktəbi”nin təşkili və yay istirahəti dövründə uşaqlara xarici dillərin öyrədilməsini tövsiyə etdi.
Məktəbin bir qrup müəllimi təkliflərlə çıxış edərək, həyata keçirdikləri layihələr barədə məlumat verdi. Görüşdə dərslik müəllifləri ilə görüşlərin təşkili, inkişaf etmiş ölkələrlə təhsil əlaqələrinin, təcrübə mübadilələrinin qurulması, məktəblərdə istirahət guşələrinin yaradılması, xarici dillərin öyrədilməsi yollarının təkmilləşdirilməsi, ekoloji məsələlərin şagirdlərə dərindən öyrədilməsi və s. kimi məsələlərə toxunuldu.
Sonda məktəbin direktoru Ş.Rəsulov səmimi və işgüzar görüşə görə RİH-nin başçısı cənab Mirdaməd Sadıqova öz minnətdarlığını bildirdi. Yeni dərs ilinə daha ciddi hazırlaşacaqlarını diqqətə çatdırdı.

***
11 iyun 2014-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi ilə görüşüb. Görüşdə məqsəd dərs ilinin nəticələrini araşdırmaq, qarşıda duran vəzifələri müəyyən etmək olub.
Tədbirdə çıxış edən RİH başçısı yeniləşən ölkədə yetişən nəslə yeni düşüncə tərzinin aşılanması, gənclərdə milli ənənələrin yaşadılması və inkişaf etdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması məsələlərinə toxunub. Başçı, müəllimlərin müasir cəmiyyətimizdə rolundan, onların üzərinə düşən vəzifələrdən söz açıb. Müəllimlərin ictimai-siyasi mühitdə iştirakı, onların ətrafdakı məsələlərə münasibətləri söhbətin mövzusu olub. M.Sadıqov yetişən nəslin təlim-tərbiyə işində diqqətli olmaqdan, bu sahəyə məsuliyyətlə yanaşmadan, mövcud problemlərin vaxtında həll edilməsindən danışıb.
Başçı, kollektivdə çalışan gənc müəllimlərin işi ilə maraqlanıb, onların potensialından yetərincə istifadə edilməsinə diqqət çəkib, gənc müəllimlərin yeniləşən İsmayıllı üçün əhəmiyyətli olan layihələrlə çıxış etmələrini zəruri sayıb.
Məktəbin müəllimi Mövlud Ağayev İsmayıllıda son illərdə aparılan quruculuq işlərindən razılıq edib.
Gənc müəllim Vasif Cabbarov gənclərə göstərilən diqqətdən danışıb. O, bildirib ki, bacarıqlı gənclərə göstərilən etimad rayonun işıqlı sabahının, uğurlu inkişafının təminatıdır.
Məktəbin müəllimi Çingiz Muradlı gənclərin intellektual səviyyəsinin, fəallıqlarının artırılması üçün intellektual klubların, ziyalılar birliyinin yaradılmasını vacib sayıb.
Arifə Bəşirova məktəbdə yaratdığı dayaq məntəqəsinin iş təcrübəsinin yayılmasını vacib hesab edir.
Müəllim Kainat Xəlilova rayonda turizmin inkişafına diqqət artırılmasından, Mətanət Abbasova uşaqların yay tətilinin təşkilinə diqqətdən, Natiq Salmanov müəllimlərin görülən işlərə münasibət bildirmədə fəal olmalarından, hərbi fənn müəllimi Oqtay Əliyev şagirdlərin hərbi hazırlıqlarında qarşıya çıxan çətinliklərdən danışıb.
Sonda məktəbin direktoru Əhmədağa Ələkbərov düzgün istiqaməti müəyyən etmək üçün verilən tövsiyə və tapşırıqlara görə kollektiv adından RİH başçısına minnətdarlıq edib.
Şahməmməd Solatnov

Şərh Yaz