Yaddas kitabcasi

Günahkar axtarmaq problemi həll etmir

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov fəaliyyətə başladığı ilk gündən diqqətini daha çox məcburi köçkünlərin problemlərinin həllinə, mənzil-məişət şəraitinin
şılaşdırılmasına, məşğulluğunun artırılmasına yönəldir. Onlarla bilavasitə yaşayış yerlərində görüşür, arzu, təklif və şikayətlərini özlərindən eşidir.

Günahkar axtarmaq problemi həll etmirGünahkar axtarmaq problemi həll etmir

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov fəaliyyətə başladığı ilk gündən diqqətini daha çox məcburi köçkünlərin problemlərinin həllinə, mənzil-məişət şəraitinin
şılaşdırılmasına, məşğulluğunun artırılmasına yönəldir. Onlarla bilav
Günahkar axtarmaq problemi həll etmir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, dövlətimizin diqqət və qayğısının təzahürü olan 45 evdən ibarət yeni qəsəbə növbəti görüşün məkanı olmuşdur.
Şəhərin perspektiv inkişaf fondu ərazisində salınan qəsəbədə məcburi köçkün evləri ilə yanaşı məktəb və tibb məntəqəsi də tikilmiş, asfalt yol, su xətti çəkilmişdir. Şəhərarası avtobus marşrutu burada yaşayan məcburi köçkünlərə də xidmət edir. Bir sözlə, bu sahədəki dövlət siyasəti İsmayıllıda da müvəffəqiyyətlə həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səmimi keçən, xidmət təşkilatlarının, digər aid strukturların, Dövlətqaçqınkomun nümayəndələrinin iştirak etdiyi görüşdə bütün bunlardan, məcburi köçkünlərin həyat və fəaliyyəti ilə bağlı görüləcək işlərdən danışmışdır.
Günahkar axtarmaq problemi həll etmir
Şuşa rayon məcburi köçkünləri Məmmədxan Almuradov, Asif İbrahimov, Laçın rayon məcburi köçkünü Əhmədəli Həsənov və başqaları yaradılan şərait üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Ağdam rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova belə görüşlər, göstərilən qayğılar və məcburi köçkünlərlə aparılan çoxistiqamətli işlərə görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür etdi.
Əhmədəli Həsənovun çıxışı xüsusi mövqeyi ilə seçildi. Yersiz iddiaya düşənlərə, xırda məişət nöqsanlarını düzəltmək əvəzinə günahkar axtaranlara, hər şeyi əmək sərf etmədən hazır istəyənlərə düşüncəli məsləhətlər verdi, kəsərli sözlərini dedi.
RİH-nin rəhbərliyi arzu və təkliflərin icrası, şikayətlərin aradan qaldırılması üçün yerindəcə tədbirlər müəyyənləşdirdi, icraçılara tapşırıqlar verdi.
Məktəbə televizor hədiyyə edildi, ehtiyaclı insana yardım olundu.
Şahməmməd Solatnov

Şərh Yaz