Əfqanıstan müharibəsi veteranları ilə görüş

29 may 2014-cü il tarixində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi münasibətilə Əfqanıstan müharibəsi veteranları ilə görüş keçirilib.
Əfqanıstan müharibəsi veteranları ilə görüşƏfqanıstan müharibəsi veteranları ilə görüş

29 may 2014-cü il tarixində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi münasibətilə Əfqanıstan müharibəsi veteranları ilə görüş keçirilib.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Əfqanıstan müharibəsi veteranlarına göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, bu diqqət və qayğı prezident İlham Əliyev tərəfindən daha da artırılıb, veteranların sosial qayğılarının həlli, xüsusilə də onların mənzillə təmin edilməsi sahəsində xeyli iş görülüb.
Əfqanıstan müharibəsi veteranları ilə görüş
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi Xamis Bədəlov çıxış edərək bildirib ki, Əfqanıstan müharibəsində 7500 azərbaycanlı iştirak edib. Onlardan 208-i müharibədə həyatını itirib, 7 nəfəri itkin düşüb, hazırda 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı yaşayır: “Əfqanıstanda 10 il ərzində gedən döyüşlərdə İsmayıllıdan 90 nəfər iştirak edib, onlardan 5-i dünyasını dəyişib, 4 nəfəri isə əlil olub. 3 nəfər müharibə iştirakçısı SSRİ-nin “Qırmızı ulduz” ordeni ilə təltif edilib. Hazırda rayonda 80 nəfər müharibə veteranı var”.
İsmayıllı Rayon Müharibə, Əmək və Hərbi Qulluqçular Veteranları Şurasının sədri Abduləli Əliyev, QMƏVŞA ictimai birliyi İsmayıllı rayon şöbəsinin sədr müavini Kamil Dadaşov çıxış edərək veteranların keçdiyi döyüş yolundan danışıblar.
Digər çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda müharibə iştirakçılarına Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illiyi münasibətilə xatirə medalları təqdim edilib.
Çinarə Bəhərçinli

Şərh Yaz