18 iyun insan hüquqları günüdür

Bəşər sivilizasiyasının keçdiyi tarixi inkişaf mərhələlərinin son nəticədə qazandığı ən böyük nailiyyətlərdən biri insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biri olmaqla, həmin hüquqların qeyd-şərtsiz təmin olunması beynəlxalq hüququn təminatlarından biridir. Hazırda demokratik mahiyyətli dövlət qurduğunu elan edən hər bir dövlət dünya birliyində özünə layiq yer tutmaq istəyirsə, o, ilk növbədə, öz ölkəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunmasını təmin etməli, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaratmalıdır. İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Belə ki, hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına malikdir.

18 iyun insan hüquqları günüdür18 iyun insan hüquqları günüdür

18 iyun insan hüquqları günüdür
Bəşər sivilizasiyasının keçdiyi tarixi inkişaf mərhələlərinin son nəticədə qazandığı ən böyük nailiyyətlərdən biri insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biri olmaqla, həmin hüquqların qeyd-şərtsiz təmin olunması beynəlxalq hüququn təminatlarından biridir. Hazırda demokratik mahiyyətli dövlət qurduğunu elan edən hər bir dövlət dünya birliyində özünə layiq yer tutmaq istəyirsə, o, ilk növbədə, öz ölkəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunmasını təmin etməli, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaratmalıdır. İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Belə ki, hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına malikdir.
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədi ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu sahədə mühüm Fərman və Sərəncamlar imzalanmışdır. Azərbaycan Respublikasının Prezidentinin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanından irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. Məhz bundan sonra ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində görülən fundamental tədbirlər davam etdirildi və bu sahədə çox ciddi nailiyyətlər əldə edildi. Ölkəmizdə həyata keçirilən çoxşaxəli humanizm siyasətinin real və qanunauyğun nəticəsi kimi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yönündə yeni keyfiyyət dəyişiklikləri baş verdi. Eyni zamanda, bu sahədə əldə edilən nəticələr hüquqi dövlət quruculuğuna töhfə verən əhəmiyyətli faktor kimi çıxış etdi.
Ulu öndər Heydər Əliyev tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində həyata keçirilən çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin timsalında müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib. Sərəncamda ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan hüquqları günü elan olunub. Sərəncama görə, hər il iyunun 18-i Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunmalıdır.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində digər milli fəaliyyət proqramını 27 dekabr 2011-ci il tarixdə təsdiq etmişdir. Milli fəaliyyət planının dördüncü fəslində insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin görülməsi nəzərdə tutulmuş, insan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, daxili işlər orqanlarının əməkdaşları və vəkillər, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri tərəfindən öyrənilməsinin təmin edilməsi əsas prioritet məsələlərdən biri kimi ön plana çəkilmişdir.
Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyasının 12 və 71-ci maddələrinə, Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən insan hüquq və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi olmaqla, həmin hüquqların gözlənilməsi və qorunması qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həm məhkəmə hakimiyyətinə daxil olan, həm də cinayət prosesini həyata keçirən bir orqan kimi prokurorluq cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş hüquqlarının təmin edilməsində mühüm rol oynayır. Bu müddəaya uyğun olaraq, Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daima böyük diqqət yetirilir.
İnsan hüquqlarının və əsas azadlıqlarının təminatı prokurorluq orqanlarının əsas vəzifələrindən biri olduğundan prokurorluq işçiləri də öz fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi səlahiyyətləri ilk növbədə insan hüquq və azadlıqlarının qorunması və reallaşdırılmasına yönəldir, prokurorluq tərəfindən cinayət işləri üzrə istintaqın aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyəti zamanı qanunların icra və tətbiq olunmasına nəzarətin həyata keçirilməsi, məhkəmələrdə dövlət ittihamının müdafiəsi, məhkəmə qərarlarından protest verilməsi və iddianın qaldırılmasının, habelə prokurorluğun məhkəmə tərəfindən təyin olunan cəzaların məqsədinə nail olunmasında iştirak etməsinin insan və vətəndaşın əsas hüquq və azadlıqlarına əməl olunmasına zəmanət verir və həmin hüquq və azadlıqların təminatlı müdafiəsində əhəmiyyətli rol oynayır.
İlkin Mustafayev,
İsmayıllı rayon prokurorluğunun böyük müstəntiqi, II dərəcəli hüquqşünas

Şərh Yaz