Yaddas kitabcasi

Şura iclası

May ayının 29-da İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclası keçirilib.
İclasda Şuranın üzvləri, rayon İcra Hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri iştirak edib.
İclası giriş sözü ilə açan RİH başçısı Mirdaməd Sadıqov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb və həmin məsələlərin uğurlu həllinin əhəmiyyətindən danışıb.

Şura iclasıŞura iclası

İclasın gündəliyinə “İsmayıllı şəhərinin elektrik təsərrüfatının yenidən qurulması və yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması”, “Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 2012-ci ildə aparılmış monitorinqin təhlili nəticələri”, “İnsanların sağlamlığının və ətraf mühitin qorunması, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində İsmayıllı şəhər, Lahıc qəsəbə, Qalacıq, Hacıhətəmli, Qoşakənd və Gəraybəyli İƏD-i üzrə nümayəndəliklərin gördüyü işlər, qarşıda duran vəzifələr”lə bağlı məsələlər çıxarılıb.
Gündəlikdəki birinci məsələ haqqında İsmayıllı Elektrik Şəbəkəsinin rəisi Əliağa Bədəlov məruzə edib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov son iki ildə rayonun mədəniyyət müəssisələrindəki vəziyyət barədə danışıb. RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov “İnsanların sağlamlığının və ətraf mühitin qorunması, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində İsmayıllı şəhər, Lahıc qəsəbə, Qalacıq, Hacıhətəmli, Qoşakənd və Gəraybəyli İƏD-i üzrə nümayəndəliklərinin gördüyü işlər, eləcə də, qarşıda duran vəzifələr barəsində geniş məruzə edib.
Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb.
Çıxışlarda səslənən irad və təkliflər nəzərə alınmaqla Şura üzvləri tərəfindən qərarlar qəbul edilib. RİH başçısı M.Sadıqov aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Çinarə Bəhərçinli

Şərh Yaz