Minnətdarlıq


Valideynlər oğul böyüdürlər ki, dar gündə sinəsini Vətən üçün sipər edib onu düşməndən qorusun. Vətən üçün şəhid olanlar ən yüksək zirvəyə çatmış olurlar. Oğlum Akif Vətən uğrunda şəhid oldu. O, şəhid olana qədər təkcə mənim övladım idisə, indi onlarca digər şəhid balamız kimi, bütün qədirbilən Azərbaycan xalqının oğludur. Çətin və ağır anlarımızda Dövlətimizin qayğı və dəstəyini hiss etdik. Ailəmizə hər cür diqqət göstərildi. Bu, ölkə prezidenti İlham Əliyevin xalqa, xüsusilə şəhid ailələrinə olan qayğısından irəli gəlir.
Minnətdarlıq

Valideynlər oğul böyüdürlər ki, dar gündə sinəsini Vətən üçün sipər edib onu düşməndən qorusun. Vətən üçün şəhid olanlar ən yüksək zirvəyə çatmış olurlar. Oğlum Akif Vətən uğrunda şəhid oldu. O, şəhid olana qədər təkcə mənim övladım idisə, indi onlarca digər şəhid balamız kimi, bütün qədirbilən Azərbaycan xalqının oğludur. Çətin və ağır anlarımızda Dövlətimizin qayğı və dəstəyini hiss etdik. Ailəmizə hər cür diqqət göstərildi. Bu, ölkə prezidenti İlham Əliyevin xalqa, xüsusilə şəhid ailələrinə olan qayğısından irəli gəlir. Bütün bunlara görə ölkə rəhbərinə ailəmizin və yaxınlarımızın adından minnətdarlıq edirik.
Akifin dəfnində xeyli adam dərdimizə şərik olmaq məqsədilə bizimlə birlikdə idi. Bildik ki, tək deyilik, bu da dərdimizi bir qədər yüngülləşdirdi. Hamıya mənəvi dəstəyə görə çox sağ olun deyirik.
Aydın Baxşıyev,
Çəmənli kənd sakini, şəhid atası

Şərh Yaz