Qayğı və diqqətin şahidiyik

Hörmətli Mirdaməd müəllim!
İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi, məktəb kontingentinin icma nümayəndələri şəhər mərkəzindən məktəbə qədər yolun qısa müddətdə bütün kommunikasiya problemlərinin həllinə göstərdiyiniz diqqətə görə Sizə səmimi təşəkkürümüzü bildiririk. Biz ziyalılar möhtərəm Prezidentin ölkə vətəndaşlarının sosial problemlərinin həlli istiqamətində qayğı və diqqətinin regionumuzda daha bir nümunəsinə şahidik.

Hazırda şəhərimizdə gedən tikinti və abadlıq işlərinin həcmi xeyli artmışdır. Şəhər küçələrinin asfaltlaşması davam etdirilir. Artıq mərkəzi küçələrdə işlər sürətlə aparılır. Bu, bizə deməyə imkan verir ki, yaxın illərdə şəhərimizin ən ucqar küçələri də abadlaşacaq, müasir görkəmə düşəcəkdir. Şəhərdə həyata keçirilən digər tikinti işləri hər birimizə fərəh gətirir. Yeni iş yerlərinin açılması xüsusilə qeyd edilməlidir. Bu xeyirxah işlərdə Sizə uğurlar diləyirik.
Ərazidə yaşayanlar adından:
Etibar Abdulov,
şəhər 7 nömrəli tam orta məktəbinin direktoru

Şərh Yaz