Problemlər həllini tapır

Regionların Sosial-İqtisadi İnkişaf Proqramına uyğun olaraq rayonun Tircan kəndində mövcud problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı RİH başçısı Mirdaməd Sadıqovun sakinlərlə səyyar qəbulu keçirilib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Qəbul zamanı kəndin bir sıra problemləri diqqət mərkəzində olub.

Problemlər həllini tapırProblemlər həllini tapır

Regionların Sosial-İqtisadi İnkişaf Proqramına uyğun olaraq rayonun Tircan kəndində mövcud problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı RİH başçısı Mirdaməd Sadıqovun sakinlərlə səyyar qəbulu keçirilib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Qəbul zamanı kəndin bir sıra problemləri diqqət mərkəzində olub.
Problemlər həllini tapır
Qəbulda iştirak və çıxış edənlər ölkədə, eləcə də rayonda həyata keçirilən iqtisadi inkişaf kursunu dəstəklədiklərini diqqətə çatdırıblar. Aparılan tikinti-abadlıq işlərindən razılıqlarını bildiriblər. Eyni zamanda, onlar kənd yollarının gediş-gəliş üçün yararsız olmasından, kənddaxili elektrik xətlərində qəzalı vəziyyətin mövcudluğundan, içməli suyun bütün məhəllələrə çatmamasından, həyətyanı torpaq sahəsi almnq üçün perspektiv inkişaf fondu torpaqlarının olmamasından, kəndin Qasımkənd məhəlləsinə keçiddə körpü problemi yaşanmasından gileyləniblər.
Qəbula gələnləri diqqətlə dinləyən RİH başçısı M.Sadıqov ölkədə son bir neçə ildə qazanılan nailiyyətləri sadalayaraq bu uğurların aparılan siyasi kursun məntiqi nəticələri olduğunu bildirib. O, bu siyasətin durmadan, uğurla davam etdiyini söyləyib.
İcra başçısı son vaxtlar rayonda baş verən müsbət dəyişikliklərdən razılığını bildirib. Kəndlərin abadlaşmasıni, kəndlərdə yeni, müasir fərdi evlərin tikilməsini müsbət hal kimi dəyərləndirib. Səmimi söhbət zamanı qeyd olunub ki, rayonun səfalı kəndlərini özünə yaşayış, istirahət yeri kimi seçən, burada ürəyi istədiyi şəkildə ev-eşik tikdirən imkanlı soydaşlarımız həmin ərazilərin problemlərinə biganə qalmamalıdırlar. Hər hansı bir kəndin gözəl təbiətini, təmiz suyunu və havasını sevən imkanlı şəxslər həmin kəndin yoluna, məktəbinə, kitabxanasına, suyuna, işığına və digər məsələlərə də diqqətlə yanaşmalıdır. Əks halda, kəndin bu şəkildə yeni görkəm alması yeni problemlərə yol açır.
Tircan kənd bələdiyyəsinə ayrılan perspektiv inkişaf fondu torpaqları sürüşmə zonasına düşməsi məsələsinə gəldikdə, meşəsalma yolu ilə torpağın sürüşmədən xilas olunması ətrafında danışıqlarda vaxt itirmədən ərazidə minlərlə ağac əkilməsi vacib hesab olunub.
M.Sadıqov kənd sakinlərinin qayğı və problemlərinin həlli ilə bağlı göstərişlər verib. Yaxın vaxtlarda mövcud problemlərin həlli istiqamətində əsaslı işlərin həyata keçiriləcəyinə əminlik bildirib.
Qəbulda olan kənd sakinlərinin hər biri onları narahat edən problemlərin həllində göstərilən dəstəyə görə ölkə prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

**

Problemlər həllini tapır
Problemlər həllini tapır
Bizlan kəndində RİH başçısının səyyar qəbulu keçirilib. Kəndin ağsaqqalı, qocaman müəllim Akif Gözəlov qəbula gələnləri kənd sakinləri adından salamlayıb. Rayonda görülən işlərdən razılıqla danışan ağsaqqal artıq kəndlərin də simasında ürəkaçan dəyişikliklər olduğunu vurğulayıb. O, bir müddət əvvəl kənddə artezian quyusunun istifadəyə verilməsindən danışıb. Bu hadisənin bayram edilməsinin uzun çəkmədiyini söyləyən müəllim hazırda suyun artezianətrafı evlərə çatmamasından şikayətlənib. Müəllim Bizlan kəndini bir növ İsmayıllının giriş qapısı olduğunu söyləyib və yol kənarlarının müasir tələblərə uyğun saxlanılmasının vacibliyini diqqətə çatdırıb. Kəndin qazla təmin olunmaması səbəbindən meşələr qırılır. Kənddə ümumi orta məktəb var. Orta məktəbin olmamasından ali təhsil almaq istəyində olanlar demək olar ki, yoxdur.
Kənd sakini Hədiyyə Tapdıqova evinin sürüşmə zonasında olmasını bildirib və müəyyən köməklik göstərilməsini xahiş etdi. Babakərim Qədirov həkim məntəqəsinin olmamasından şikayətlənib. İlqar Məmmədov isə heyvandarlıqla məşğul olmaq istədiyini bildirdi və ona azfaizli kredit ala bilməsinə köməklik olunmasını xahiş edib.
Görüşdə diqqətə çatdırılan problemlərin həlli yolları araşdırılıb və onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.

**
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov may ayının 23-də növbəti səyyar görüş-qəbulunu İstisu kəndinin sakinləri ilə keçirib.
Problemlər həllini tapır
Səyyar qəbulda kəndin 100-ə qədər sakini rayonun xidmət strukturlarının əməkdaşları iştirak edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov ölkə ərazisində gedən sürətli və dinamik inkişafdan danışıb. Bütün bunların Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu siyasətin nəticəsi olduğunu deyib.
Kəndin sakinləri İdris Əzizov və Novruz Quliyev qaz problemindən, Sədrəddin Əmirov kənd yolunun asfaltlaşdırılmasından, Sevda Quliyeva feldşer məntəqəsinin elektrik enerjisi ilə təmin olunmamasından, Qədir Zülfüqarov əmlak payına düşən meyvə bağının təyinatının dəyişdirilməsindən söz açıb.
Sonda icra başçısı əlaqədar təşkilatların rəhbərlərinə mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.

**
Həmin gün RİH-nin başçısı növbəti görüş-qəbulu Buynuz kəndində baş tutub.
Sakinlərlə söhbət zamanı ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafdan, ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışılıb. Buynuz kəndinin problemləri ilə tanışlıqdan sonra onların həllinə birlikdə çalışmağın üstünlükləri, diqqətə çatdırılıb.
Problemlər həllini tapır
Əhalinin işlə, gəlir gətirən əmək sahələri ilə məşğulluğunun vacibliyi baxımından torpaqdan səmərəli istifadə etmək, gəncləri yüksək savad almağa meyilli olmağa çağırmaq görüşdəki söhbətin əsas mövzusu olub.
Kənd sakini Rafiq Zərbəliyev baş yoldan kəndə uzanan yolun asfaltlaşdırılmasını xahiş edib. O, həmçinin bildirib ki, Göyçay çayı kəndin yanından keçir. Güclü yağışlar yağdıqda çay məcrasından çıxır və kəndin çayqırağı evləri sel təhlükəsi ilə üz-üzə qalır. O, çayın kəndlə sərhədləşən hissəsində mühafizə bəndi qurulması məsələsinin vacibliyini diqqətə çatdırıb.
Qəribə Əliyarova islahat aparılarkən ona torpaq sahəsinin düzgün verilmədiyindən şikayətlənib. Kəndin digər sakini Əjdər Həsənov kənd sakinlərindən bəzilərinin həyətdəki çirkab sularının küçəyə axıdılmasından gileylənib.
Kəndin müəllimi Elman Məmmədov məktəbdə idman zalının olmamasından, kütləvi tədbirlərin keçirilməsi üçün münasib zal və ya binanın olmamasından danışıb.
Qəbulda fərdi xarakter daşıyan fikirlər də diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətləri araşdırılıb.
Şahməmməd Soltanov

Şərh Yaz