100 illik yubiley tədbirləri

May ayının 17-də rayonun Sulut kəndində Sovet İttifaqı Qəhrəmanı Mirzəyev Bəhyəddin Şahvələd oğlunun anadan olmasının 100 illik yubileyi keçirilib. Tədbirdə qəhrəmanın həmkəndliləri Sulut kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, rayonun əlaqədar təşkilatlarından gələn nümayəndələr iştirak edib. Tədbir boyu B.Mirzəyevin ömür yolu, göstərdiyi qəhrəmanlıqlar söhbətin mövzusu olub.
100 illik yubiley  tədbirləri100 illik yubiley tədbirləri

May ayının 17-də rayonun Sulut kəndində Sovet İttifaqı Qəhrəmanı Mirzəyev Bəhyəddin Şahvələd oğlunun anadan olmasının 100 illik yubileyi keçirilib. Tədbirdə qəhrəmanın həmkəndliləri Sulut kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, rayonun əlaqədar təşkilatlarından gələn nümayəndələr iştirak edib. Tədbir boyu B.Mirzəyevin ömür yolu, göstərdiyi qəhrəmanlıqlar söhbətin mövzusu olub.
100 illik yubiley  tədbirləri
May ayının 19-da İsmayıllıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illik yubileyi xüsusi təntənə ilə qeyd edilib. Tədbir yüksək səviyyədə keçirilməsi ilə fərqlənib.
Bəhyəddin Mirzəyevin adına şəhərdə kiçik bir küçə vardı. Həmin küçə şəhərin 7 nömrəli məktəbinə qədər uzadılaraq asfaltlaşdırılıb. Küçənin bütün kommunikasiya problemi həll edilib. Tədbir öncəsi qəhrəmanın eloğlumuzun küçənin başlanğıcına vurulmuş barelyefinin açılışı olub. Tədbiri RİH başçısının müavini Sevil Əhmədova açıb.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Bəhyəddin Mirzəyevin nəvəsi Ayaz Mirzəyev və yeni küçənin sakini, veteranlar şurasının sədri Abduləli Əliyev çıxış ediblər.
Yubiley tədbiri Heydər Əliyev Mərkəzində davam etdirilib.
100 illik yubiley  tədbirləri
Təntənəli tədbirdə Bəhyəddin Mirzəyev adına Sulut kənd tam orta məktəbinin direktoru Xurşud Cəfərov və şəhər 4 nömrəli tam orta məktəbinin müəllimi Rəna Mirzəliyeva çıxış ediblər. Onlar B.Mirzəyevin döyüş salnaməsindən, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar. Yubilyarın nəvəsi, tanınmış telejurnalist Ayaz Mirzəyev keçirilən tədbirə görə ölkə başçısına, rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir qısa konsert proqramı ilə yekunlaşıb. Rövşən Teyyubovun ifasında səslənən “Ölkəm” romansı alqışlarla qarşılanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz