Şükranlıq və minnətdarlıq ali insanlıq hissidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi və diqqəti nəticəsində Azərbaycan gözəlləşir, yenidən qurulur, inkişaf edir. Çəkilən yollar, salınan körpülər, iqtisadi inkişaf hər kəsi ruhlandırır. Yaşamaq, yaratmaq eşqini artırır.
Bəli, tikilən, qurulan ölkəmizin dilbər guşəsi olan, Azərbaycanın mirvarisi titulyunu özəlləşdirən İsmayıllı bu gün əsl inşaat, inkişaf meydanını xatırladır. Şəhər günü-gündən gözəlləşir, abadlaşır və insanların rahatlığı üçün geniş işlər görülür.
Bu sətirləri yazarkən biz ağsaqqallar İsmayıllının inkişafına yönələn işləri dəyərləndirmək üçün hər kəsi səfərbər olmağa çağırırıq. Düzü, yaxşını, inkişafı görən gözlərin , hiss edən ürəklərin çoxluğunu arzulamaqla, son illərdə görülən işlərə dəqiq qiymət verməyi bütün sakinlərimizdən xahiş edirik.

Şükranlıq və minnətdarlıq ali insanlıq hissidirŞükranlıq və minnətdarlıq ali insanlıq hissidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi və diqqəti nəticəsində Azərbaycan gözəlləşir, yenidən qurulur, inkişaf edir. Çəkilən yollar, salınan körpülər, iqtisadi inkişaf hər kəsi ruhlandırır. Yaşamaq, yaratmaq eşqini artırır.
Bəli, tikilən, qurulan ölkəmizin dilbər guşəsi olan, Azərbaycanın mirvarisi titulyunu özəlləşdirən İsmayıllı bu gün əsl inşaat, inkişaf meydanını xatırladır. Şəhər günü-gündən gözəlləşir, abadlaşır və insanların rahatlığı üçün geniş işlər görülür.
Bu sətirləri yazarkən biz ağsaqqallar İsmayıllının inkişafına yönələn işləri dəyərləndirmək üçün hər kəsi səfərbər olmağa çağırırıq. Düzü, yaxşını, inkişafı görən gözlərin , hiss edən ürəklərin çoxluğunu arzulamaqla, son illərdə görülən işlərə dəqiq qiymət verməyi bütün sakinlərimizdən xahiş edirik.
Hörmətli İsmayıllılar!
Biz ağsaqqallar 60-65 ildir “Babadağ” küçəsinin sakinləriyik. Qeyd olunan bu illərdə nə N.Səmədov küçəsi, nə də “Babadağ” küçəsi heç vaxt asfalt nədi görməmişdi. Hazırda bu küçələrə asfalt çəkilişi sona çatmış, səkilər düzəldilir və müasir işıqlandırma sistemi qurulur. Budur iş, budur insanlara qayğı və diqqət.
Bir el deyimi var “Yol çəkənlər, körpü salanlar, su problemlərini həll edən kəslər haqqın elçiləridirlər.
Şükranlıq və minnətdarlıq ali insanlıq hissidir
Bu sözlər sanki bu gün İsmayıllı rayonuna rəhbərlik edən, din-iman əhli, alim və bacarıqlı insan Mirdaməd Sadıqov üçün deyilmişdir. Sağ olun cənab başçı! Allah Sizdən razı olsun!
Hörmətli İsmayıllı gəncləri!
Bizə çatan məlumatlara görə bugünkü inkişafımızı görə bilməyən mənəviyyatca kor olanlar hər vəchlə görülən işlərə qara yaxaraq KİV və internet saytlarında İsmayıllıya yaraşmayan, İsmayıllını gözdən salan informasiyalar ötürərək görülən işlərə kölgə salırlar. Bu, insanlığa, gəncliyə yaraşan iş deyil. Bu işlərlə məşğul olanlar – Siz də bu gözəllik yaradanlara qoşulun. Qəlbinizdə elə, vətənə məhəbbət oyadın. Zəhmət çəkib evinizə ruzi aparın. Belə olarsa, sizi ailəniz də, balalarınız da, doğma İsmayıllımız da çox sevəcək. Çünki, “Vətəni sevmək imandandır” deyən Peyğəmbərimiz imanlı, düzgün insanlara böyük qiymət vermiş və insanlara bu qiymətdən maksimum yararlanmağı tövsiyə etmişdir.
Şəhərin və “Babadağ” küçəsinin sakinlər adından:
Gülü Babayev,
Əlvərt Kazımov

Şərh Yaz