Daha bir qızıl medal

Kamil Qafarovu görənlər onun idmançı olmasını zənn edirlər, səhv də etmirlər. Bədən quruluşu da bunu sübut edir. Bir sıra titulları da var, ancaq bu sadə təbiətli gəncin hərəkətlərində, oturuşunda, duruşunda bir təmkinlik var. Bu xasiyyətləri onda məşğul olduğu idman formalaşdırıb desək heç də səhv etmərik. Kollektivdə onu hamı sevir və qələbələrinə də sevinirlər. Yoldaşları da bilirlər ki, Kamil həmişə qaliblər sırasında olur.
K.Qafarov ağırlıqqaldırmanın poverliftinq növü ilə məşğul olur.

Daha bir qızıl medalDaha bir qızıl medal
Daha bir qızıl medal
Kamil Qafarovu görənlər onun idmançı olmasını zənn edirlər, səhv də etmirlər. Bədən quruluşu da bunu sübut edir. Bir sıra titulları da var, ancaq bu sadə təbiətli gəncin hərəkətlərində, oturuşunda, duruşunda bir təmkinlik var. Bu xasiyyətləri onda məşğul olduğu idman formalaşdırıb desək heç də səhv etmərik. Kollektivdə onu hamı sevir və qələbələrinə də sevinirlər. Yoldaşları da bilirlər ki, Kamil həmişə qaliblər sırasında olur.
K.Qafarov ağırlıqqaldırmanın poverliftinq növü ilə məşğul olur. “Dinamo” cəmiyyətinin üzvü olan Kamil 82.5 kiloqram çəkidə çıxış edir. Dünya və Avropa çempionu kimi yüksək fəxri adları var. Rusiyanın idman ustası adını almış tək-tək idmançılardandır. Azərbaycan Respublikası çempionatlarında əksər hallarda öz çəki dərəcəsində birinci olub. Kamil on birinci qızıl medalını bu il aprelin 25-27-də Bakıda keçirilən yarışda boynundan asıb. Poverliftinq yarışı üzrə iki hərəkətdə 200 kiloqram və 250 kiloqram nəticə göstərmişdir. Kamil bu yarışda göstərdiyi nəticələrə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin diplomları ilə (hər iki hərəkətin yekunlarına görə) təltif edilmişdir.
İnanırıq ki, İsmayıllı rayon Polis Şöbəsinin polis çavuşu Kamilin qələbə soraqlarını hələ çox alacağıq.
Süleyman Hüseynli,
şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi

Şərh Yaz