Ulu Basqalın şöhrətli pəhləvanları

Polis çavuşu Kamil Ağasəfər oğlu Qafarov İsmayıllı Rayon Polis Şöbəsində əməliyyat növbətçisinin köməkçisidir. İşinin öhdəsindən layiqincə gəlir. Xidmətdən sonra illərdən bəri sevib-seçdiyi idman növü – ağırlıqqaldırma ilə məşğul olur.
Kamil Qafarovu görənlər elə ilk baxışdan zənn edirlər ki, bu gənc idmançıdır. Doğrudan da, dolu bədən quruluşuna malik olan Kamil hələlik o qədər də geniş yayılmamış daşqaldırma idman növü ilə məşğul olur. Uşaqlıqdan müxtəlif idman növlərinə maraq göstərən Kamil 23 mart 1984-cü ildə qədim alimlər və sənətkarlar yurdu respublikamızın dilbər guşələrindən biri olan Basqal qəsəbəsində müəllim ailəsində anadan olub. Atası Ağasəfər, anası Ofelya xanım, babası Əşrəf ona həm müəllim olaraq orta məktəbdə dərs deyib, həm də həyatda mübariz olmağı, düzlüyü, iradəli olmağı öyrədiblər.

Ulu Basqalın şöhrətli pəhləvanlarıUlu Basqalın şöhrətli pəhləvanları

Kamil Qafarov öz gücü, bacarığı, fərasəti ilə tay-tuşları arasında seçilib. Təhsilində də seçimini özü edib. 1999-cu ildə Bakı Texniki Kollecinə daxil olub və 2004-cü ildə oranı uğurla bitirib. İdmançı olmasına səbəb kimi həm də doğma Basqal qəsəbəsində bu sahədə yetişmiş gənclərin olmamasını göstərir. Təhsil illərində idmanın poverliftinq növü üzrə məşğul olmağa başlayıb. İlk günlər hamı kimi məşğələlərə gələn Kamil çox keçmədən məşq zalında yaranmış vəziyyətdən tez baş açmaq istəyib. Daha sonra mürəkkəb fənd öyrənmək və tətbiq etmək üçün bütün fiziki gücünü, iradəsini sərf edib. Beləcə, günlər ayları, aylar illəri, yarışlar bir-birini əvəz edib. Kamil öz ailəsinə, böyüyüb boya-başa çatdığı yurduna, bütövlükdə respublikamıza şərəf gətirib: fərqlənib, sevilib, seçilib. Müxtəlif idman təmrinlərini öyrənən, yarışdan-yarışa daha sanballı qələbələr qazanıb. Gənc Kamil tədricən müxtəlif yarışlara qatılıb və özünü əsl idmançı kimi sübut etməyə, mükafatlar qazanmağa başlayıb. 2000-ci ildə Bakı şəhər çempionatında iştirak etmiş və üçüncü yerə çıxmışdır. Ancaq belə nəticə gənc idmançını razı sala bilməzdi. Bir il sonra Azərbaycan Texniki Universitetinin spartakiadasında birinci yeri tutmuş, 2003-cü və sonrakı ildə sorağı respublika çempionatından gəlmişdir. Bu yarışlarda birinci yerin sahibi olmuşdur.
Kamil Qafarovun yüksək uğuru 2005-ci ilə təsadüf edir. O, Bench Press növündə 140 kiloqramlıq nəticə ilə ikinci yeri tutaraq gümüş medal qazanmışdır. Kamil Qafarov 2000-ci ildən başlayaraq respublika çempionatında yeddi dəfə iştirak etmişdir. Nəticədə, daşqaldırma növü üzrə 5 dəfə birinci yeri və 2 dəfə ikinci yeri tutmuşdur.
Kamil Qafarov 2013-cü il may ayının 29-dan iyun ayının 2-dək Rusiyanın Soçi şəhərində poverliftinq üzrə dünya kuboku yarışlarından əlidolu qayıtmışdır. Gənc bu yarışlarda müxtəlif hərəkətlərdə 3 qızıl və 1 gümüş medal qazanmışdır. O, həmin medallara uyğun olaraq diplomlarla da mükafatlanmışdır.
Rusiya Milli Poverliftinq Assosiasiyasının prezidenti Repnisin İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova və Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Nizami Qocayevə bu idman növünə qayğı göstərdiklərinə görə məktub-təşəkkürnamə göndərmişdir. Kamil Qafarov reytinqini yüksəltmək üçün hər dəfə yarışlara gedəndə məsuliyyət hissi ilə yanaşı psixoloji məqamları da yaşamağa məcbur olmuşdur. Qarşısına qoyduğu məqsədlərə çatandan sonra zalda bayrağımız yüksəyə qaldırılanda, himnimiz səsləndiriləndə, alqışlar qazananda, fərəh, sevinc hissi keçirmişdir.
Həmyerlimiz gərgin məşqlər nəticəsində öz arzusuna çatmış və respublikamızın idman şərəfini dünya və Avropa çempionatlarında yüksəklərə qaldırmışdır. Bir qəzet nömrəsində bu yarışlarda əldə edilən yüksək yerlərin qazanılmasında çəkilən əzmkarlıq, sevinc və fərəh məqamlarını təsvir etmək çətin olduğu üçün Kamil Qafarovun aldığı diplomları xronoloji qaydada sadalamaq xeyli vaxt aparar və oxucuya yorucu görünər.
Kamil Qafarov 2000-ci ildən hal-hazıra kimi 23 qızıl, 9 gümüş medal və çoxsaylı Fəxri fərmanla təltif olunmuşdur.
Azərbaycanın gələcəyi olan bu idmançı daha böyük uğurlarla həmvətənlərini sevindirmək üçün daim çalışır, axtarışlar edir, məşqlərini intensivləşdirir.
Kamil Qafarov bir arzusunu da bizimlə bölüşür:
– Ən böyük arzum qələbəmi Qarabağda qeyd etmək, bu torpaqda nə vaxtsa keçiriləcək ən mötəbər yarışlarda da mükafat qazanmaqdır.
Biz də bu arzunun reallaşmasına qəlbən inanırıq, Kamilə qələbəyə gedən yolda uğurlar arzulayırıq.
Miryavər Hüseynov

Şərh Yaz