Metodbirləşmələrin və açıq dərslərin əhəmiyyəti haqqında

“Gələcək bilikli, elmli insanların çiyinləri üstündə yüksələcəkdir!” deyən və istedadları millətin sərvəti sayan Ümummilli lider yüksək bilikli, savadlı uşaq və gənclərin hər cür qayğı ilə əhatə olunmasını zəruri hesab edir, özü bu işdə əməli nümunə göstərirdi.Metodbirləşmələrin və açıq dərslərin əhəmiyyəti haqqında
“Gələcək bilikli, elmli insanların çiyinləri üstündə yüksələcəkdir!” deyən və istedadları millətin sərvəti sayan Ümummilli lider yüksək bilikli, savadlı uşaq və gənclərin hər cür qayğı ilə əhatə olunmasını zəruri hesab edir, özü bu işdə əməli nümunə göstərirdi.
Kurikulum islahatlarının həyata keçirilməsi dövlətimizin təhsili inkişaf etdirmək üçün gördüyü mühüm işlərdəndir. Kurikulum islahatlarının qarşıya qoyduğu vəzifələrdən biri odur ki, müasir müəllim daim özünü təkmilləşdirməli, bildikləri ilə kifayətlənməməlidir.
Müəllimlərin təkmilləşməsi üçün metodbirləşmələrin fəaliyyətinin mühüm rolu var. Qabaqcıl təcrübənin təbliğ olunması, təkmilləşdirilməsi üçün açıq dərslərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Basqal metodbirləşmə dayaq məntəqəsinə daxil olan Basqal kənd tam orta məktəbi, Xankəndi tam orta məktəbi, Sulut tam orta məktəbi, Mücü kənd ümumi orta məktəbi, Bizlan kənd ümumi orta məktəbi, Tağlabiyan kənd ümumi orta məktəbi, Zeyvə kənd ümumi orta məktəblərində mütəmadi olaraq açıq dərslər keçirilir. Basqal kənd tam orta məktəbi, Mücü kənd ümumi orta məktəbi, Zeyvə kənd ümumi orta məktəbləri bu sahədə öz fəallıqları ilə seçilir.
2014-cü ilin 11 fevralında Mücü kənd ümumi orta məktəbinin ibtidai sinif müəllimi Dürdanə Binyətovanın I, III, IV siniflərdə (komplekt sinifdə) açıq dərsi olmuşdur. Keçirilən açıq dərsdə Basqal metodbirləşmə dayaq məntəqəsinə daxil olan müxtəlif məktəblərdən müəllimlər iştirak etmişdir. Komplekt siniflərdə dərs keçməyin çox çətin olmasına baxmayaraq dərs kifayət qədər uğurlu olmuşdur.
Basqal metodbirləşmə dayaq məntəqəsinin sədri Yeganə Ağayeva keçirilən dərsə münasibət bildirərək qeyd etmişdi ki, siniflərin komplekt olması müəllimin işini həm vaxt, həm də anlatma cəhətdən çətinləşdirirdi. Potensial imkanlar olmasa da, müəllim tapşırıqları problemin həlli üçün düzgün istiqamətləndirməyi bacarmışdır.
Açıq dərsdə iştirak edən direktor Ağasəfər Qafarov müəllim qeyd etmişdir ki, keçirilən açıq dərslər pedaqoji təcrübənin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ünsiyyət münasibət yaradır. Müəllimlər arasında əməkdaşlığın olması bilik və bacarıqları təkmilləşdirmək baxımından əhəmiyyətlidir. Yalnız müasir pedaqoji texnologiyalara, tədqiqatçılıq bacarıqlarına yiyələnməyi bacaran müəllim yüksək təlim nailiyyətləri qazana bilər.
İlhamə Yusifli

Şərh Yaz