Burda hər meşənin…

Rayonumuzun füsunkar təbiətini görənlər elə ilk andan ona vurulurlar. Yamyaşıl meşələr, başı qarlı dağlar qonaqları qoynuna çağırır. Bu gözəllikləri mühafizə etmək və qorumaq hamımızın vətəndaşlıq borcudur. Həmin istiqamətdə məktəblilər çox iş görə bilərlər. Onlar yol kənarlarında yeni əkilmiş ağaclara qulluq edə bilərlər. Burda hər meşənin…
Rayonumuzun füsunkar təbiətini görənlər elə ilk andan ona vurulurlar. Yamyaşıl meşələr, başı qarlı dağlar qonaqları qoynuna çağırır. Bu gözəllikləri mühafizə etmək və qorumaq hamımızın vətəndaşlıq borcudur. Həmin istiqamətdə məktəblilər çox iş görə bilərlər. Onlar yol kənarlarında yeni əkilmiş ağaclara qulluq edə bilərlər.
Məktəbimizin şagird və müəllim kollektivi həmin istiqamətdə xeyli iş görmüşdür. Biz məktəbimizin həyətyanı sahəsində xeyli ağac, gül kolu, meyvə ağacları əkmişik. Onlara xidmət də biz məktəblilərin üzərinə düşür. Vaxtında suvarılması, diblərinin bellənməsi və sair işlər görülməlidir. İstəyirik ki, təbiətin bizə bəxş etdiyi gözəllikləri qoruyaq və özümüz də doğma təbiətə pay verək. Bu il rayon təşkilatlarında çalışanlar Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı magistral yollarının və bir sıra kənd yollarının ətrafına yüzlərlə ağac əkmişlər.
Sənət adamları həmişə təbiətlə təmasda olmuş, ən yaxşı əsərlərini ona həsr etmişlər. Burada sevimli şairimiz Musa Yaqubun bir şeiri yada düşür:
…Burda hər meşənin min bir ağacı,
Burda hər ağacın yamyaşıl tacı,
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.

Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır.

Yeganə Möhübova,
şəhər 2 nömrəli tam orta məktəbinin V sinif şagirdi

Şərh Yaz